8 Noyabr – Zəfər Günü ilə əlaqədar İsmayıllıda Şəhidlər xiyabanının yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə memorial kompleksin önünə əklil qoyulub, Dövlət himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2020-ci il sentyabrın 27-dən başlayan və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini qeyd edib. Bildirib ki, yenidənqurma işləri aparılmış Şəhidlər xiyabanı hər bir vətəndaşın qürur və and yeridir. Qəhrəman hərbçilərimizin, şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsillər üçün örnəkdir və onların təbliği işi hər zaman aparılmalıdır.

Çıxış edən şəhid ailələri övladlarının xatirəsinin daim əziz tutulmasına, həmçinin Şəhidlər xiyabanının əsaslı şəkildə yenidən qurulmasına görə dövlətimizin başçısı İlham Əliyevə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.

Sonra şəhid məzarları ziyarət olunub. Məzarlar üzərinə gül dəstələri qoyulub.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir