Hörmətli Nahid müəllim, uzun illərdir ki, Quşencə kəndinin sakinləri içməli su problemi ilə yaşayırdılar. Mövcud su mənbələri əhalinin tələbatını ödəmir, bundan əlavə, işlədilən su ekoloji cəhətdən istifadə üçün bir o qədər də yararlı deyildi. Bir sözlə, içməli su məsələsində ciddi narahatlıqlar var idi.
Sizə bu barədə məlumat çatdırıldıqdan dərhal sonra diqqət və qayğınız nəticəsində 1600 metr məsafə boyu yararsız hala düşmüş su xətti dəyişdirildi və kənd sakinlərinin illərlə davam edən narazılığına son qoyuldu. Plastik boru ilə indi kəndə gələn su 60 tonluq anbardan 3 istiqamətdə qurulmuş bulaqlardan yüksək keyfiyyətlə, istənilən vaxtda, rahatlıqla istifadə olunur.
Böyük razılıqla bildiririk ki, hal-hazırda Quşencə kəndində içməli su problemi yaşanmır. Bu arzulanan rahatlığa görə kəndin bütün sakinləri adındn dərin təşəkkürümüzü bildirir, Sizə su ömrü arzulayırıq!
İnsanların rahatlığı yolunda görəcəyiniz bütün işlərdə Tanrı yardımçınız olsun!
Bir qrup kənd sakini adından hörmətlə:
Yaşar Şirəliyev