Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII  Qrant Müsabiqəsin qalibi olan “Bir peşənin uğur sirri” layihəsinin icrasına İsmayıllı rayonunun Kürdmaşı kənd tam orta məktəbində start verilib.

Layihənin rəhbəri, məktəbin ibtidai sinif müəllimi Nuranə Bağırova redaksiyamıza bildirib ki, əsas məqsədimiz bununla şagirdlərə müxtəlif peşə sahələrini yaxından tanıtmaq, gələcəkdə gənclərin uğurlu peşə seçimi etmələrinə istiqamət vermək, onlara dəstək olmaqdır.

Layihəyə məktəbin V-IX sinif şagirdləri cəlb olunublar. Layihə çərçivəsində şagirdlər bir sıra müəssisələrə gedərək, oradaki işlərlə yaxından tanış olublar. Layihəyə cəlb olunan şagirdlər Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Məktəbdən karyeraya” adlı seminarda da iştirak ediblər.

Şagirdləri maraqlandıran sahələrdən biri də çap məhsullarının hazırlanması məsələsi olub. Layihənin tələbi və şagirdlərin marağına əsasən layihənin icrasına maraqları əsasında cəlb olunan şagirdlər İsmayıllıda çıxan “İsmayıllı xəbərləri” qəzetinin redaksiyasında olublar.

Qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Soltanov (Dağlaroğlu) gənclərə İsmayıllı mətbuatının tarixi, inkişafı və bu günü ilə bağlı məlumatlar verib. Qəzetin hansı proseslərdən keçdiyini vurğulayıb.

Şagirdlər qəzetin nüsxələri ilə tanış olub, maraqlandıqları suallara cavab alıblar.

Məlumat üçün qeyd edək ki, layihə dekabr ayının 15-də uğurla başa çatdırılıb.

İsmayıllı xəbərləri”

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir