Noyabr ayının 16-da Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının qərargahında Ulu öndərin 100 illik yubileyi münasibəti ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq İsmayıllı UGİM təşkilatçılığı ilə “Ulu öndərin ömür yolu Vətənə və xalqa sədaqət nümunəsidir” adlı dəyirmi masa keçirilib.

Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığından ətraflı söhbət açıblar.

Ümummilli liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan, partiyanın sədri cənab İlham Əliyevin, partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətləri nəticəsində ölkəmizin dinamik inkişafa, böyük zəfərlərə imza atması tədbir iştirakçıları, çıxışçılar tərəfindən xüsusi qeyd edilib.

Tədbirdə YAP İsmayıllı rayon təşkilatının fəalları, ziyalılar, şəhid ailələri, ərazi partiya təşkilatı rəhbərləri iştirak edib.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir