Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulu Mehrəli Qasımov və Ukrayna Səfiri Vladislav Kanevski İsmayıllıda rəsmi səfərdə oldu.

Son dərəcə səmimi və mehriban şəraitdə keçən görüşdə səmərəli danışıqlar aparılıb. Ukrayna və Azərbaycan şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də turizm sahəsində humanitar layihələrə ciddi münasibət diqqət mərkəzində olan məsələlər sırasında olub.

İsmayıllı rayonu sürətlə inkişaf etməkdədir və cəlbedici investisiya potensialına malikdir ki, bu da, şübhəsiz ki, Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verəcək.

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir