“Qonşu“ ermənilər indiyə qədər həmişə ikiüzlü siyasət yeridərək, gah “kirvəmiz” gah da “dostumuz” rolunda çıxış edərək bizə qarşı çirkin əməllərini əsirgəməmişlər. Dəfələrlə xalqımızın milli tariximizdə dərin izləri qalan xəyanətlər etmişlər. Həmin xəyanətlərdən biri də 1988-ci ildə meydana çıxdı. İlk növbədə indiki Qərbi Azərbaycan ərazisində yaşayan azərbaycanlılar sıxışdırılmağa başlandı.

Azərbaycanlıların və müsəlman kürdlərinin etiraz səsi yeni təşkilat və cəmiyyətlər yaratmaq zəruriyyəti hazırlayırdı. Nəhayət, 1988-ci ilin mart ayında Basarkeçər rayon ağsaqqallar və ziyalılara “Göyçə” təşkilatı yaratmağa nail oldular. Xalqı müdafiə məqsədi ilə yaradılan təşkilatın özəyi Böyük Mərzə kəndində yerləşirdi. Təşkilatın konkret əməli fəaliyyət proqramı var idi. Bu iş ermənilərin xoşuna gəlmədi. Rayon rəhbərliyi çevik şəkildə hücuma keçdi. Təşkilatın fəalları məlum məsələni qızışdırmaqda ittiham edildilər. Diqqət cəlb edən ziyalılardan Mənsur Mirzəyev, Arif Məhərrəmov, Əli İsaqov, Tərlan Muradov, Əli Əliyev, Cahangir İsmayılov, İşıq Niftəliyev, Həmid Hacıyev, Hüseyn Hüseynov və başqaları geniş təqib olunur və hədələnirdilər. Təşkilatın ən fəal üzvlərindən olan rayon mərkəzi aptekinin müdiri Arif Məhərrəmovu dalaşdırıb həbs etdilər. Təşkilat bir neçə ay yaşadı və əhali arasında geniş fəaliyyətdə oldu.

Sumqayıt hadisələrinin törətmə səbəbləri millətlərarası münasibəti daha da qızışdırmaqdan ibarət olduğu hamıya aşkar idi. Məhz bundan sonra ermənilər açıq düşmənçilik mövqeyindən çıxışlara başladılar. Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi R.Yenqoyan və ikinci katibi H.Hakobyan millətlərarası münaqişəni qızışdırmaqda başçılıq edirdilər.

Azərbaycanlılar və kürdlər döyülür, söyülür, təhqir edilir, böhtana, şərə əl atılırdı. Guya Sumqayıtda öldürülən ermənilərin əksəriyyəti Basarkeçərdə Azərbaycanlıları öldürmürdülər. Bu söz-söhbət qəsdən suyu bulandırmaqdan başqa bir şey deyildi. İstər mətbuat, istər radio və televiziya Azərbaycana qarşı ittiham dolu böhtanlar yağdırmaqda davam edirdilər. Çünki, torpaq iddiası “Böyük Ermənistan” xülyası, xalqa göstərilən üzücü təzyiq hamını cana doydurmuşdu. 1988-ci ilin 15 iyun günü Çəmbərək (Krasnoselsk) ərazisində başlayan etiraz mitinqləri genişlənib bütün Göyçəni bürüdü. Basarkeçərdə keçirilən mitinqlər bütün kəndləri əhatə edirdi.

Tədbirin təşkilatçıları mitinqləri rayon mərkəzində, Partiya Komitəsinin binası qarşısında keçirməyi qərara aldılar. Lakin bu əraziyə daxil olmaq mümkün olmadı. Ermənistan hökuməti və rayon rəhbərliyi rayona dərhal ordu hissələri gətirib, mitinqləri dayandırdılar. Qarabağın müdafiəsi üçün mitinqlər kəndlərdə keçirildi. Mitinq və nümayişlərdən sonra ermənilərin azərbaycanlılara qarşı olan münasibəti daha da kəskinləşdirib üz-üzə dayanmaq məqamına çatdı.

Getdikcə təqiblər artırdı. Noyabrın 10-da rayon Partiya Komitəsinin ikinci katibi H.Hakobyanın, təbliğat və təşviqat şöbəsinin müdiri R.İsravyan rəhbərliyi ilə rayon mərkəzində və yolda-izdə olan 300-ə qədər azərbaycanlı və müsəlman kürdü döyüldü. Bir neçə gün sonra Qanlı və Kərkibaş (Şəfəq)  kəndlərində bu vəhşiliyə qarşı yenidən etiraz mitinqləri  keçirildi. Buna cavab olaraq təxminən 1000 nəfərə qədər silahlı erməni faşistləri hər iki kəndə hücuma keçib kəndləri mühasirə edib mitinqləri dayandırmağı tələb etdilər. Hər iki kəndin əhalisi mərdlik göstərib faşist erməniləri qovub kəndlərdən uzaqlaşdırdılar. Onlar layiqli cavablarını aldılar. Kəndə gələn hərbçilər və rayon rəhbərləri qarşısında mitinqlər yenidən canlandı. Kərkibaş kənd orta məktəbinin direktoru Əli Əliyev və başqaları qeyd edirdilər ki, əslində ermənilərin Qarabağda heç bir problemi yoxdur. Problem buradadır. Görün Azərbaycan xalqı nə qədər geniş ürəkli, qəlbi təmizdir ki, onun torpağı olan Xankəndinin yerinə Stepanakert boyda “erməni” şəhəri salınıb, bizə minillik torpaqlarımızda hələ də adi məişət məsələləri ilə üz-üzə dayanmışıq. Əhalisinin 65 faizindən çoxunun türklər təşkil edən Basarkeçər rayonunda (ermənilər cəmi 30 faiz, qalan 4-5 faiz müsəlman kürdlər) rəhbər işçilərin hamısında ermənilərdi. Ayrı-seçkilik, millətçilik hökm sürən bir respublika öz gözündəki “tiri” seçməmişdir. Burada mülki münasibətləri qızışdıranlar heç vaxt cəzalandırılmayıb. Çünki, işə rəvac verənlər məhz respublika rəhbərləridir. Bu dövlətdə hərbçilər arasında anti-Azərbaycan əhval-ruhiyyəsi təbliğatı güclənmişdi. Bir dəfə Pənbək kəndinin yaxınlıqlarından qərargahda əsgərlər bizdən soruşdular:

– Siz doğurdanmı erməniləri çırpmaq niyyətindəsiniz? Axı, onlar sizə neynəyiblər? Biz təəccübləndik. Yox, düzünü deyim, siz həmişə bu zavallı milləti qorumusuz…

-Sizi səhv başa salıblar. Ona görə də fikir verin, öyrənməyə çalışın, görün kim kimə xəyanət edib? Əksinə, ermənilər həmişə qonşu xalqları qırmaqla məşğul olublar.

Nəinki türkləri, hətta, gürcüləri, kürdləri, yahudiləri, avarları, ləzgiləri, talışları, tatları, hapıtları belə… saymaqla qurtarmaq olmaz.

Noyabr ayının ortalarında Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini, Aqrar-Sənaye Komitəsinin sədri Vladimir Movsisyan Basarkeçərə gələrək belə bir məsələ qaldırdı:

Ermənistandakı azərbaycanlılar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini müdafiə etməlidirlər. Lakin bu məqsədlə kəndlərə göndərilmiş rayon rəhbərləri ən ağır sözlər eşidərək kor-peşman geri qayıtdılar. Xalq bir ağızdan “Dağlıq Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq!”- deyə qəti sözünü dedi. Planları baş tutmayan erməni rəhbərliyinin iç üzü bir neçə gün sonra açıldı. İrəvan Dövlət Universiteti hüquq fakültəsinin professoru S.Nazaryan. Bəli, bundan əlavə min nəfərdən çox adam yaralandı və ya şikəst oldu.

1988-1990-cı illərdə Qərbi Azərbaycanda, Ermənistanda etnik təmizlənmə oldu. Başqa millətlər və xalqlar qovuldular. Özü də işgəncələrlə, vəhşicəsinə. İndi orada başqa xalqların nümayəndələrini barmaqla saymaq olar. Demək olar ki, yox dərəcəsindədir. Onlar da qarşıq nigahdan olanlar, yada qarışıq nigahı olan ailələrdir. Amma erməni faşistləri indi hay-küy salaraq böhtan, şər söyləyərək öz havadarlarına güvənərək bildirirlər  ki, guya Qarabağdan gedənləri etnik təmizlənmə məqsədi ilə çıxarıblar. Halbuki, onlar öz xoşları ilə gediblər. Çünki onların əksəriyyəti sonralar 1990-2000-ci illərdə Rusiyadan, Suriyadan, Livandan, Fransadan gələnlərdir. Həm də 80-90 faiz cinayətkardır. Nəinki azərbaycanlılar bütün Azərbaycanda yaşayan xalqların avarların, ləzgilərin, talışların, tatların, kürdlərin, yahudilərin, hətta rusların belə öldürülməsində, qətlə yetirilməsində fəal iştirak ediblər.

Doğma Azərbaycanımızın otuz min şəhidini və yüz minə yaxın yaralanan, şikəst olan qazilərimizin qanı yerdə qalmadı. Biz bunu heç vaxt, heç zaman unutmadıq. Yaddan çıxarmadıq. Torpaqlarımız, ana yurdumuz azad olundu.

1988-1989-cu illərdə baş verən hadisələrdə üç yüz mindən çox soydaşımız Azərbaycana pənah gətirdi. Dövlətimizin və xalqımızın onlara böyük köməyi oldu. Amma onu da qeyd edək, əslən Göyçəli olub doğma Odlar Yurdu anamızın anası qibləgahımız Azərbaycanda yaşayan göyçəlilər daha çox köməklik göstərdilər. Göyçəlilərdən Əli və Qurban Ələkbərov qardaşları (Bərdə rayonu), Əbdülbari, Əmirxan, Telman Xəlilov qardaşları (Yevlax), İbrahim və Kamandar İsmayılov (ata-oğul, Göygöl şəhəri) eləcə, ürəkləri, qəlbləri həmişə Göyçəli olmasalar da Göyçə ürəyi ilə döyünən Musa, Xəqani, Əlövsət Kazımov qardaşları (Bakı, Kəlbəcər), Şamil Əsgərov (Kəlbəcər), qardaşlar və başqaları öz xeyirxahlıqları, səxavətləri ilə Göyçəlilərə dayaq-kömək oldular. Öz  maddi və mənəvi köməklərini əsirgəmədilər.

Axı Azərbaycan xalqının mərd igid oğulları ilə yanaşı xeyirxah, səxavətli insanları ilə tarixdə iz qoyub getmişlər. Bu ənənələrin bariz nümunəsi, Hacı Zeynalabdın Tağıyev kimi dahi şəxsiyyətlər olub. Onun nümunəsi 1988-1990-cı il insanlarına da örnək oldu.

Televiziya ilə çıxış edərək ermənilər belə bir bəyanat yaydılar: – Burnumuzun altında olan düşmənlər sirrimizi öyrənirlər. Respublikanı onlardan təmizləməli və türksüz Ermənistan yaratmalıyıq. Daha sonra onsuz da birliyi möhkəm olan erməniləri yenidən bir bayraq altına səsləyib Qarabağ uğrunda mübarizə aparmalıyıq.

Nəhayət Ermənilərin gözlədiyi gün gəlib çatdı. 27 noyabr günü türklərin və müsəlman kürdlərin kütləvi surətdə çıxarılmasının başlanğıcı qoyuldu. Adamların var-dövlətləri əllərindən alınır, ləyaqətləri təhqir edilirdi. Güclər bərabər deyildi. Azərbaycandan isə kömək gəlmirdi. Beləliklə, ardıcıllıqla 30 türk kəndi bir həftə ərzində zorla boşaldıldı.

Yollara düzülən köç karvanlarının üzü doğma Azərbaycana doğru idi. Başqa hara getməli idilər ki?! Bəli, 1988-ci il reprresiyası belə başladı. Deportasiyalar davam edirdi – 1905, 1907, 1918, 1948, 1953… Deportasiya zamanı Basarkeçər türkləri və müsəlman kürdləri yetmiş nəfərə yaxın adamlarını itirdilər. Elə təkcə bizim Qoşabulaq kəndindən üç nəfər. Onlarla adam şikəst edildi. Yüzlərlə yaralandı.

Yetmiş il dirəkləri çürümüş ittifaqın beynəlmiləl bayrağı altında keçirdiyimiz ömür yolumuz belə başa çatdı. Bu yol hərəyə bir cür bədbəxtlik gətirdiyi kimi, ömür yolumuz belə başa çatdı. Həm də minilliklərlə yaşadığımız dədə-baba torpaqlarımıza həsrət nəsibimiz oldu. Bu sağalmayan yaralar vaxt keçdikcə qaysaq bağlamaq əvəzinə iliklərimizə qədər işləməkdədir. Sağalmaz dərdlərimizin üstünə dərd gətirir. Dizlərimizi titrədir, sözlərimizi kövrəldir, beləcə yana-yana 35 ildir ki, yaşayırıq. Və Göyçə dərdini, Göyçə yarasını sızıldayan kövrək yaramızı böyütmüşük. Bu yara, bu dərd əlindən dağa çıxanlar dağa çıxır, göynədir, nə qədər dilimizdə dərd, sözümüzdə yara var. Göyçəlilərin öz dədə-baba torpaqlarından erməni faşistləri tərəfindən necə qəddarcasına, vəhşicəsinə qovulmalarının canlı şahidləri göyçəlilər olduğumuzdan, o uzun həsrət bizi yandırıb yaxır.

Qışın orta çağında Göyçə gədiyindən – Dik yurddan insanmı keçə bilər? Dəhşətdir. Bu yerdən sağ-salamat keçmək yalnız tale, bəxt işidir.

Haşiyə:

Qərbi Azərbaycandan 300 mindən çox Azərbaycan türkü və 70 min müsəlman kürdü qovulduqdan sonra erməni faşistləri daha da azğınlaşdılar. Onlar “Ermənistan yalnız ermənilər üçün” şüarı altında  orada yaşayan 80 min rusdilli əhalini, 100 minə yaxın yezidi kürdünün və assoriləri qovdular. Bununla – hamını qorxutmaq üçün ziyalıları vəhşicəsinə öldürdülər. Məsələn: İrəvan Tibb Universitetinin uşaq kafedrasının müdiri 3 nömrəli Uşaq Xəstəxanasının baş həkimi tibb elmləri doktoru, professor gözəl şair, istedadlı alim, uşaq dünyasının loğmanı Səhid Rzayevi – İboyanı  (poeziya aləmində  Səhid İbo) və başqa alimləri vəhşicəsinə öldürərək, siyasi don geyindirdilər. Ümumiyyətlə, 300-dən çox azərbaycanlı türkü, kürd, assori öldürüldü.

Şanlı və Müzəffər Azərbaycan Ordusunun parlaq qələbəsindən sonra bütöv Qarabağımızın  və Şərqi Zəngəzurun azad edilməsi və hər yanda, hər yerdə, Füzulidə, Cəbrayılda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, Zəngilanda, Ağdərədə, Şuşada, Hadrutda, nəhayət Xocalıda, Xocavənddə və  Xankəndində üçrəngli bayrağımızın dalğalanması bizə qürur hissi doğurur, bizi sevindirir. Ona görə də, biz indi daha çox bağlanmalıyıq Göyçəyə. Nəinki Göyçəyə habelə, Dərələyəzə, Dərəsisəyə, Qərbi Zəngəzura, Ağbabaya, Qaraqoyunluya, Vedibasara, Zəngibasara, Lori-Pəmbəkə. Bəs onları qəlbimizdən, kökümüzdən uzaqlaşdıra bilərikmi?! Göyçəli həm də Qərbi Azərbaycanlı olduğumuzu tarix boyu yaşatmalıyıq.

Şanlı Azərbaycan ordusunun, şanlı qələbələri, zəfərləri əsas verir ki, Müzəffər Ali Baş Komandanımızın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, müdrik və uzaqgörən siyasəti sayəsində üçrəngli bayrağımız vaxt gələcək ki, bütün Qərbi Azərbaycanda o cümlədən, bizim doğma və qədim, müqəddəs ocağımız olan Göyçədə də, vüqarla, əzəmətlə dalğalanacaq. Biz inanır və gələcəyə ümidlə baxırıq.

Bütün qələbələrimiz və zəfərlərimiz üçün şəhidlərimizin qarşısında baş əyirik. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun.

Qazilərimizə Allahdan şəfa diləyir və təşəkkür edirik.

Qərbi Azərbaycanda üçrəngli bayrağımızın dalğalanması günü uzaqda deyil.

Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev, yaşasın Azərbaycan, eşq olsun Azərbaycan Ordusuna!

Tahir Nadirov,

Nizami Nadirov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir