Noyabr ayının 14-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Vasif Teymurov və Qaya Xalıqov, eləcə də dini icma sədrləri, dini icmaların üzvləri iştirak ediblər.

İlk öncə rayonda yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi yad edilib və ruhlarına dualar oxunub. Daha sonra tədbir şəhər “Cümə” məscidində davam etdirilib.

Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan böyük Qələbədən bəhs edilib. Eyni zamanda müharibənin gedişində və ondan sonra nümayiş etdirilən milli birliyin, dini həmrəyliyin əhəmiyyətli rol oynadığı vurğulanıb.

Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Aydın Səmədov

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir