25 noyabr 2023-cü il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində ümumtəhsil və idman fənləri üzrə Fənn Birləşmə Komissiyasının tərkibinə daxil olan qruplarda təhsil alan tələbələrin valideynləri ilə görüş keçirilib.
Görüşdə FBK sədri, qrup rəhbərləri, fənn müəllimləri ilə yanaşı, inzibati-təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov, şöbə müdirləri Kəmalə Hüseynova və Elmir Ağayev, ağsaqqal müəllim Mövlud Ağayev də iştirak edib. Görüşün iştirakçısı olan valideynlərə kollecin tədris prosesi, imtahanlar, daxili nizam-intizam qaydaları haqqında məlumat verilib, tədris müəssisəsi ilə valideynlər arasında əlaqələrin qorunması və inkişaf etdirilməsinin əhəmiyyəti açıqlanıb.
Görüş daha sonra qrup rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə tədris otaqlarında davam etdirilib. Valideynlərə, eləcə də tələbələrə tədris fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
“İsmayıllı xəbərləri”