Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zəfər Günü ilə əlaqədar İsmayıllı rayonunun Balik kənd sakini, Tovuz döyüşlərində şəhid olmuş Xəyyam Daşdəmirovun ev muzeyinə məktəblilərin ziyarəti təşkil edilib.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin əməkdaşı Ayşən Mahmudova şəhid Xəyyam Daşdəmirovun həyatından, döyüş yolundan, qəhrəmanlığından və şücaətindən geniş məlumat verib, şəhidlərimizin hər birinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Mərkəzin əməkdaşları eyni zamanda daha bir neçə şəhid ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
“İsmayıllı xəbərləri”