17 noyabr 2023-cü il tarixdə İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və İsmayıllı Rayon Polis Şöbəsinin dəstəyi ilə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla işin təşkili qrupunun baş inspektoru polis mayoru Rahim Orucov və İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Ayşən Mahmudova çıxış edərək qeyd ediblər ki, müasir dövrün qlobal problemləri sırasında əsas yer tutan bəlalardan biri də narkomaniyadır.

Mənşəyindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hər bir insana bədbəxtlik gətirən bu bəlayə aludə olmaq QİÇS-in davamlı artmasına şərait yaradır, cinayətkarlığa, zorakılığa təkan verir, insan münasibətlərinə zərər vurur, ailələrin dağılmasına gətirib çıxarır. Narkomalıq insanı təkcə ruhi cəhətdən deyil, fiziki cəhətdən də şikəst etmək gücünə malikdir. Qısası “Ağ ölüm” cəmiyyəti məhv edir.

Daha sonra iştirakçıların sualları dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və narkomaniyaya qarşı maarifləndirici bukletlər paylanılıb.

Seminarın keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək, narkomaniyanın ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaq olub.

N.Əlövsətli

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir