İsmayıllı rayonunun Zərnava kənd tam orta məktəbinin yeni modul tipli binası istifadəyə verilib.

Zərnava kəndi Lahıc yolunun üstündə, Qafqaz dağlarının yamacında yerləşən ucqar dağ kəndidir. Kəndə gediş-gəliş çox çətindir, kəndə getmək üçün Girdiman çayını keçmək lazım gəlir, çayı keçdikdən sonra isə xüsusi nəqliyyatlarla, atla və ya piyada dağ yolları ilə kəndə qalxmalısan. Bir sözlə, yol şəraiti çətin olan kəndlərdəndir.

Kənd camaatı övladlarını oxudaraq ali təhsil verməkdə çox maraqlıdır. Zərnava kənd tam orta məktəbindən hər il ali məktəblərə yüksək balla qəbul olan bir neçə məzun olur.

Olimpiadalarda, fənn müsabiqələrində, bilik yarışlarında məktəbin şagirdləri hər zaman fəal olublar. İnanırıq ki, bundan sonra da bu fəallıq qorunacaq və artırılacaqdır.

Modul məktəb binasının tikilib ərsəyə gəlməsində zəhməti olan hər kəsə kəndin sakinləri, pedaqoji kollektivi və şagirdləri adından sonsuz təşəkkürümüzü bildirir, yeni binanın məktəb kollektivinə, şagirdlərə, kənd camaatına və təhsil ictimaiyyətinə xeyirli olmasını arzu edirik.

Ən böyük təşəkkür isə gündən-günə güclənən, inkişaf edən dövlətimizədir. Dövlətimiz var olsun ki, ucqar dağ kəndlərində olan məktəbləri də yeniləyir, təhsil almaq üçün hər cür şəraiti yaradır.

Belə bir şəraitdə  müəllim və şagirdlərin məsuliyyətlə çalışmaları isə olduqca vacib və arzu olunandır.

Rəşid Məmmədli

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir