Kəlbəcər rayonundan olan, 44 günlük Vətən müharibəsi şəhidi, çavuş Həsən Abdullayev İsmayıllı rayonunun Quşencə kəndində dəfn olunub. Şəhid olduğu tarixi anım günü kimi qeyd edən əzizləri İsmayıllı rayonunun, eləcə dəKəlbəcər Rayonunun İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, şəhidin yaxınları, kənd sakinləri, məktəbin müəllim və şagird kollektivi qəhrəman Həsənin məzarını ziyarət ediblər.
Ziyarətçilər şəhidin məzarı üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidin qəhrəmanlıqlarından söz açan ziyarətçilər ailəsinə və yaxınlarına başsağlığı veriblər. Çıxışların hər birində şəhidlərin qanının yerdə qalmaması, torpaqlarımızın tamamilə düşməndən geri alınmasından fəxrlə danışıblar. Göstərdikləri misilsiz qəhrəmanlıqlara görə şəhidlərin heç zaman unudulmayacağı bildirilib.