İsmayıllı rayonunun Qurbanəfəndi kəndindən olan mülki şəhid Vüsal Qəndiyevin ad günü məzarı başında qeyd olunub.

Kəndin qəbiristanlığına gələn ziyarətçilər şəhidin məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar səsləndiriblər. Rayonun müxtəlif yaşayış məntəqələrindən, idarə, müəssisə və təşkilatlardan gələn ziyarətçilər – ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin yaxınları və kənd sakinlərinin iştirak etdiyi anım tədbirində şəhid Vüsalın vətənpərvərliyindən, elinə, evinə  bağlılığından söz açılıb, ailəsinə və yaxınlarına başsağlığı verilib.

Vüsal Qəndiyev 2021-ci ilin dekabr ayının 9-da Şuşa şəhərində tikinti-quruculuq işləri zamanı, erməni faşistlərinin öncədən əraziyə basdırdığı piyada və tank əleyhinə minaya düşərək şəhid olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir