İsmayıllı rayonunda bu torpağın qəhrəman oğulları – 44 günlük Vətən müharibəsi şəhidləri, XTQ-nin giziri Ramil Musayevin və gizir-feldşer Kənan Səlimzadənin anım güləri qeyd olunub.
Şəhidlərin unudulmazlığının əsas məqamlarından olan doğum və anım günlərinin ictimaiyyət tərəfindən qeyd olunması bu ənənəni davam etdirib, gələcək nəsillərə ötürməkdən, yaddaşlara həkk olunmasına səy göstərməkdir. Hər iki şəhid oktyabr ayının ilk günlərində Vətən torpaqlarının işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olması anım günü tədbiri olmaqla rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri, şəhidin yaxınlarının iştirakı ilə qeyd olunub.
Anım mərasimi iştirakçıları qəhrəmanlarımızın məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar. Şəhidlərin ailələrinə, yaxınlarına başsağlığı verilib.
Çıxış edənlər şəhidlərimizin müharibəyəqədərki vətənsevərliklərindən, müharibədə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.