60 il əvvəl, oktyabr ayının 10-da dünyaya gəldin. Ötən 60 ildə həyatın çox üzünü gördün, şirinindən çox acısını daddın. Sevdin-sevildin, ər oldun, ədəb-ərkanlı oğlun, qızın atası, şirin-şəkər nəvələrin babası oldun. Fərəhli günlər yaşadın…

Bəzən, ağrılı düşüncələrlə üz-üzə qalanda sirrini qələmə, kağıza açdın. Amma nə qələm, nə də kağız sirr saxlayandır. Yazdığın vərəqlər birlik göstərib kitablara çevrildilər. Şeirdən-şeirə püxtələşdin. Şair, – deyə çağırıldın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gözəl insan, etibarlı dost oldun çoxlarına – Aslanov Rüstəm Məbud oğlu  – RÜSTƏM MƏBUDOĞLU!

Bu gün doğum günüdür. Səni ”İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin idarə heyəti və üzvləri, eləcə də “Dağ çiçəkləri” ədəbi məclisinin qələmtutanları adından səmimi qəlbdən təbrik edir, Sənə həyatda və yaradıcılıqda yeni, daha yüksək uğurlar diləyir, cansağlığı arzulayıram! Yubiley yaşın mübarək!

Şahməmməd Soltanov,

İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir