Oktyabrın 15-də Azərbaycan xalqı tarixi günə şahidlik etdi. Prezident Ali Baş Komandan Cənab İlham Əliyev Azərbaycan Respublikasının dövlət bayrağını Xankəndidə ucaltdı və xalqa müraciət etdi. Prezidentin bu addımı heç şübhəsiz tarixin qızıl səhifələrinə yazılacaq.
Prezident Cənab İlham Əliyev 20 il əvvəl xalqa müraciətində Azərbaycan xalqının və dövlətinin maraqlarını daim qoruyacağına söz vermişdi. “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”, – deyə dövlətimizin başçısı bildirib.
Bu hadisə nəinki Azərbaycan, eləcə də dünya tarixində dəqiq iz buraxacaq.
Cənab Prezident İlham Əliyevin dövlət bayrağını 15 oktyabrda-dövlət başçısı seçilməsinin 20-ci ilində Xankəndidə ucaltması Azərbaycan tarixində nisbi-bərabəri olmayan bir hadisədir. Bu gün Azərbaycan xalqı üçün milli qürur, başıucalıq günüdür. Bu hadisə 100 illiklərdən bəri millətimizə qarşı qurulan planların, “dənizdən dənizə böyük Ermənistan” layihələrinin, Ermənistanı müdafiə edənlərin dəfn edilməsidir. 15 oktyabr hadisəsi Azərbaycan tarixində müqayisə olunmaz bir gündür. Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra nəyi dedisə, onu da mükəmməl şəkildə həyata keçirdi.
Bu hadisə 2020-ci ilin oktyabr-noyabr aylarında Azərbaycan Ordusunun azad olunmuş ərazilərdə bayrağımızı dalğalandırması ilə müqayisə edilə bilər. Müharibədən sonra Azərbaycan Prezidentinin azad olunmuş bölgələrə səfərləri, Füzuli, Cəbrayıl və Şuşada qaldırdığı bayraqla müqayisə oluna bilər. Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa etdi.1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin 2020-ci ilə qədər müstəqillik aktında bizim dövlətimizin bəyan etdiyi ərazilərə biz tam nəzarət edə bilmirdik. 2023-cü ildə keçmiş Dağlıq Qarabağ ermənilərdən azad oldu. Qarabağ tamamilə qaytarıldı. Bu isə misilsiz tarixi hadisə kimi yüz illər boyu öyrəniləcək.
Kürdmaşı kənd tam orta məktəbin coğrafiya məlliməsi Bədəlova Esmira