İllərlə bizimlə birgə yaşayıb, suyumuzdan içən, çörəyimizdən yeyən bədxah ermənilər öz mənfur niyyətlərini həyata keçirmək üçün günahsız insanların qətlinə bele razı idilər. Millətimizi tarixi torpaqlarından didərgin salmaq üçün hər cür vəhşiliyi törətmiş, xalqımıza qarşı XX əsrin ən dəhşətli soyqrımlarından birin törətmişlər. Öz süfrəsində oturdub duz-çörəyini böldüyü qaniçənlərin əsl simalarından, ürəklərində daşıdıqları niyyətlərindən xəbərsiz insanlar soyuq qış gecələrində düşmənin qəfil hücumuna məruz qaldı.
30 il torpaqlarımızdan ayrı düşməyin həsrətini, həyatını itirən günahsız qız-gəlinlərin, körpələrin, qocaların, torpağını yağı düşməndən qorumaq üçün sinəsini sipər edən igid oğulların acısını, ağrısını bu xalq hər an ürəyində daşıdı. Vətənin hər bir övladı düşməndən qisas almağın arzusuyla yaşadı. Öz xalqına bağlı olan İlham Əliyev bu günə kimi gördüyü hər bir işini işğal olan torpaqların azadlığına, günahsız qurbanların qisasına hesabladı. Və tarixi an yetişdi. Bütün işlərin hansı vaxtda yerinə yetirmək lazım olduğunu dəqiq hesablayan Ali Baş Komandanın göstərişinə əsasən ard-arda II Vətən müharibəsi, Qisas Əməliyyatı, Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi, düşmənin nəfəsini kəsdi, belini qırdı, iqtidarına son qoydu. Ərazi bütövlüyünü bərpa edib şanlı tariximizə əbədi zəfərlər yazdı.
Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Xalqına qalibiyyət sevincini yaşadan Azərbaycan əsgəri, zabiti bütün döyüşlərdə əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Keçən 30 il ərzində elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq, uğrunda hər biri ölümə getməyə hazır idi. Hər cür erməni vəhşiliyinə məruz qalan günahsız insanların qisası döyüş meydanında alındı. Üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.
Bu gün ölkəmizin hər bir bölgəsində elecə də, Xankəndində, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan bayrağı dalğalanır. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, bizdən sonra gələn nəsillər də bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Onlar bizim qürur mənbəyimizdir.
Azərbaycanın bütövlüyü uğrunda ölümün gözünə dik baxan, əbədi Zəfər uğruna canından keçən qəhrəman oğullarımızı bu xalq heç vaxd unutmayacaq. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir