Sentyabr ayının 6-da İsmayıllıdakı Heydər Əliyev adına Parkda 2022-2023-cü tədris ilində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunda ali məktəblər qəbul imtahanlarında  yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.

Görüşə torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükut və ehtiramla yad olunub. Həmyerlimiz, şəhid mayor Sübhi Mürsəliyevin oğlu Rüstəm Mürsəliyevin tələbə adı qazanması alqışlanıb.

İsmayıllı rayonundan 320-dən artıq şagird tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Onlardan 12 nəfəri 600 bal, 43 nəfəri 500-dən yuxarı bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni Talıstan kənd tam orta məktəbin məzunu Abbaszadə Elvin Elçin oğlu göstərib. O, 658 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, İsmayıllı RİH-i başçısının müavini Sevil Əhmədova, İsmayıllı YAP rayon təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional İdman və Gənclər İdarəsinin rəisi Taleh Salehov iştirak və çıxış ediblər.

RİH başçısı N.Bağırov uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edib, onlara doğma vətənimizin gələcəkdə daha da qüdrətlənməsi yolunda möhkəm iradə və yüksək nailiyyətlər arzulayıb.

Çıxışlarda qeyd olunub ki, təhsil hər bir ölkə və bölgənin sosial-iqtisadi inkişafında əsas yer tutur. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Təhsil millətin gələcəyidir”. Bu gün Prezident cənab İlham Əliyev və ölkənin Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsilimiz uğurla inkişaf edir. Məhz sizin kimi gənclərin sayəsində İsmayıllı təhsili hər zaman ön sıralarda dayanır.

Görüşün gedişini şəhid ailələri təmsilçiləri, məktəb direktorları, şagird və valideynlər  maraqla izləyiblər.

Bir qrup idmançı şagird yarışlardakı nailiyyətləri, 2 nəfər azyaşlı məktəbli isə “Kenquru” sınaqlarındakı yüsək uğurlarına görə görüşün iştirakçıları və təltif olunanların sırasında olub.

Görüş uğur qazanan şagirdlərə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun Fəxri fərmanlarının və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin hədiyyələrinin, eləcə də imtahanlar zamanı ən çox bal toplamış 3 nəfər məzuna “Fərman Bəşirov mükafatı”nın verilməsi ilə yekunlaşıb.

Ş.Soltanov

Fotolar: Kərim Boyaqçızadənindir

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir