Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, İsmayıllıda da abadlıq-quruculuq işləri davam etdirilir.
Rayon mərkəzi ilə yanaşı qəsəbə və kəndlərin də siması inkişafa doğru yenilənir. Küçə və meydanlar abadlaşdırılır, məhəllələr yeni görkəm alır.
İsmayıllı rayonunun Gəraybəyli kəndini magistral avtomobil yolu ilə birləşdirən, uzunluğu 1200 metr olan əsas kənddaxili yola asfalt örtük vurulub. Görülən işlər kənd sakininin böyük sevincinə səbəb olub. Görülən işlər kəndə üz tutan insanların da rahatlığına təminat verir və ürəkdən gələn razılığa səbəb olur.
Yeri gəlmişkən qeyd edək ki, elə bu yaxınlarda rayonun Cülyan, Zərgəran, Topçu kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılıb. Asfaltlaşdırma işi üçün münasib hava şəraiti olduğundan cari ildə rayon mərkəzindəki küçələrdə və məhəllədaxili yollarda da asfaltlanma işlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulub.
“İsmayıllı xəbərləri”