Balaca Xədicə divanda oturub ən çox sevdiyi cizgi filmini seyr edirdi. Birdən nə isə  partıltı ilə pəncərəyə  dəydi. Tez bayıra, pəncərənin önünə qaçdı. Yerdə yaralı bir göyərçin vardı.

Göyərçin qanadından yaralanmışdı. Xədicə onu yavaşca əlinə alıb sığalladı və:

-Nə olub sənə? Nədən belə yaralanmısan? Qorxma, mən səni sağaldaram, – dedi.

Qayğıkeş, rəhmdil qız göyərçini evə gətirdi. Atası ilə birlikdə əvvəlcə quşun qanadındakı yaranı təmizlədi. Onu evdəki boş qəfəsə qoyub bir neçə gün yemini, suyunu verib sağaltdı. Çox sevdiyindən onu evin zirzəmisindən tapdığı pas atmış qəfəsə saldı.

-Biz artıq dostuq. Bundan sonra sən burada, bizimlə qalacaqsan.

Bunu görən və eşidən ata Xədicəyə:

– Sən yaralı quşu sağaltdın, amma indi isə qəfəsdə saxlamaqla azadlığını əlindən alırsan. Onu azad et, qızım. Qızılgüllər budaqda gözəl olduqları kimi, quşlar da mavi səmada qanad çalarkən gözəldirlər.

Atasının bu sözündən sonra Xədicə göyərçini qəfəsdən çıxarıb çöldə, əllərinin içində sərbəst saxladı. Bir az keçmiş quş qanad çalıb uçdu. Həyətdə bir neçə dövrə vurandan sonra mavi səmada gözdən itdi.

Ləman Məmmədli,

Diyallı kəndi

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir