İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid Səməd Hüseynzadənin böyüyüb boya-başa çatdığı ailəyə baş çəkib. Başçı ailənin qayğıları ilə maraqlanıb. Şəhidin ev muzeyini ziyarət edib.
Şəhid anası və qardaşı qəhrəman, igid Səmədlə bağlı xatirələrini dilə gətirib, döyüşlərdə göstərdiyi şücaətlərdən fəxrlə danışıblar.
44 günlük Vətən müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin açdığı top atəşi nəticəsində şəhid olub, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“İsmayıllı xəbərləri”