İsmayıllı rayonunun İstisu kənd sakinlərindən 17 nəfərin imzası ilə ölkənin bir neçə ali ünvanına, surəti İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova göndərilən ərizədə kənd yolunun gediş-gəliş üçün yararsız vəziyyətdə olması qeyd olunmuş, yolda təmir işləri aparılması xahiş edilmişdi.
Yol qısa müddətdə təmir olunduqda sonra sakinlər şikayət ərizəsi ilə müraciət etdikləri ünvanlara minnətdarlıq məktubları göndəriblər.
17 nəfər kənd sakininin imzaladığı məktubdan:
– Şikayətdən sonra kəndimizin yolu təmir edilmiş, gediş-gəliş rahatlaşmışdır. Buna görə də kəndin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə:
İstisu kənd sakinləri,
14 avqust 2023-cü il