Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə İsmayıllı rayonu, Sumağallı kəndində sahibkarlarla görüş keçirilib.
Kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan Regional bölməsinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Aqrar Siğorta Müştərək Siğorta Şirkəti ASC-nin və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə mövzu ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib. Sahibkarların diqqətinə dövlət dəstəyi mexanizmləri, güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlar çatdırılıb.