İsmayıllı rayonunda turizmin inkişafı baxımından Zərgəran kəndi diqqətçəkən coğrafi imkanlara malikdir. Kəndin dağ yamacında, meşəliklərlə əhatə olunmuş ərazidə yerləşməsi, ölkənin Qərb rayonlarına gedən magistral yolun kəndin ətəyindən keçməsi bu yaşayış məntəqəsinə olan marağı yetərincə artırmışdır. Hazırda kənd yolunun asfaltlaşdırılması bu gözəl məkana səfər etmək istəyində olan vətəndaşlarımızı sevindirməklə bərabər, onların doğma yurda məhəbbətlərini bir qədər də artıracaqdır. Söz yox ki, bu yeniliyə ən çox sevinənlər elə Zərgəran kəndinin sakinləridir.
Ölkə rəhbəri cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq regionlarında aparılan abadlıq işləri əhalinin rahatlığını təmin etməklə yanaşı, onların dövlətə olan inam və bağlılıqlarını bir qədər də qüvvətləndirməkdədir.
“İsmayıllı xəbərləri”