Makroiqtisadi göstəricilər
2023-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən nominal ifadədə 142805,9 min manat həcmində ümumi məhsul buraxılışı olmuşdur. İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,1 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə nominal ifadədə 25,8 faiz artaraq 1646,8 manat təşkil edir. Məhsul və xidmətlərin 68,2 faizi istehsal sahələrinin, 31,8 faizi isə xidmət sahələrinin payına düşür.
Ümumi məhsul buraxılışının 40,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 28,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 20,7 faizi tikinti, 7,4 faizi sənaye, 2,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,7 faizi informasiya və rabitə sahələrində istehsal edilibdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə kənd təsərrüfatı məhsulunun həcmi 0,2 faiz, tikinti sahəsi 2,4 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 33,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sektoru 0,6 faiz artmış, sənaye istehsalı 8,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 4,9 faiz azalmışdır.
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi
(ilkin məlumatlar əsasında)
2023-cü ilin yanvar-iyun ayları,
(faktiki qiymətlərlə) min manat |
2022-ci ilin yanvar-iyun ayları,
(faktiki qiymətlərlə) min manat |
Qiymət indeksi | 2023-cü il 2022-ci ilin qiymətləri ilə, min manat | 2023-cü ilin yanvar-iyun ayları, 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə | |
Sənaye | 10611,6 | 9248,5 | 125,3 | 8471,6 | 91,6 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 57084,2 | 51211,9 | 111,2 | 51327,3 | 100,2 |
Tikinti | 29629,5 | 12281,7 | 100,0 | 29629,5 | 241,2 |
Nəqliyyat və anbar təsərrüfatı | 3222,4 | 3200,0 | 105.9 | 3043,2 | 95,1 |
İnformasiya və rabitə xidməti | 1006,7 | 756,3 | 100,0 | 1006,7 | 133,1 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 41251,5 | 36126,8 | 113,5 | 36343,6 | 100,6 |
CƏMİ | 142805,9 | 112825,2 | 110,0 | 129821,9 | 115,1 |
Qrafik 2
Ümumi məhsul buraxılışının strukturu, faizlə
ƏSAS MAKRO-İQTİSADİ GÖSTƏRİCİLƏR
|
*Göstəricilər müqayisəli qiymətlərlə hesablanıb
** 2023-cü ilin yanvar-may ayları
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 10611,6 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalı real ifadədə 8,4 faiz azalmışdır. Sənaye məhsulunun 69,7 faizini emal sənayesində, 22,8 faizini elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 7,5 faizini isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən emal sənayesində 44,4 faiz, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 1,4 faiz azalma, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 6,5 faiz artım olmuşdur.
Kənd təsərrüfatında 2023-cü ilin yanvar-iyun aylarında diri çəkidə 2715 ton ət, 18647 ton süd, 8647 min ədəd yumurta, 317 ton yun istehsal edilmişdir. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə diri çəkidə ət istehsalı 5 ton, süd istehsalı 14 ton, yumurta istehsalı 11 min ədəd artmış, yun istehsalı 59 ton azalmışdır.
Cari ilin yanvar-iyun aylarında qarğıdalı da daxil olmaqla tarlalardan 32721,1 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,0 faiz az dənli və dənli paxlalı bitkilər yığılmışdır. 2023-cü il iyul ayının 1-nə kimi sahələrdən 513 ton kartof, 2338 ton tərəvəz, 817,5 ton meyvə və giləmeyvə toplanmışdır.
2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala 33833,2 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 29625,9 min manatı və ya 87,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2023-cü ilin yanvar-iyun aylarında 3699,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz azdır. Tikinti təşkilatları tərəfindən 6430,4 min manatlıq tikinti işləri yerinə yetirilmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 959 min ton yük və 3788 min sərnişin daşınmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,1 faiz, sərnişin daşınması isə 20,1 faiz çox olmuşdur.
İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 1006,7 min manatlıq xidmətlərin 96,2 faizi əhali sektoruna aid olmuşdur. 2023-cü ilin yanvar-iyun aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,1 faiz artmışdır.
2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 129315,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 20044,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunun gəlir 15,1 faiz artmış, ticarət şəbəkəsində 79244,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50071,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
2023-cü il iyunun 1-i vəziyyətinə rayonda muzdla işləyən işçilərin siyahı sayı 9155 nəfər təşkil etmişdir ki, onların da 5672 nəfəri dövlət mülkiyyətində, 3483 nəfəri qeyri-dövlət mülkiyyətində çalışanlar olmuşdur. Bir işçinin orta aylıq nominal əməkhaqqı 575,5 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 10,0 faiz yüksək olmuşdur.
2023-cü ilin yanvar-iyun aylarında əhalinin sayı 102 nəfər və ya 0,2 faiz artaraq 2023-cü il iyul ayının 1-i vəziyyətinə 86790 nəfərə çatmışdır.
Daşdəmir Məmmədov, 35
İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini