DİM-i tərəfindən Prezident İlham Əliyevin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən İsmayıllı rayonunda “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında növbəti təlimlər təşkil olunub.

Təlimçilər – Xavər Dadaşova və Sevinc Məmmədova tərəfindən keçirilən maarifləndirici təlimdə rayondakı idarə və müəssisələrdə, müxtəlif sahələrdə çalışan 40 nəfər dövlət qulluqçusu iştirak edib.

Təlimin sonunda iştirakçıların müvafiq mövzularla bağlı sualları cavablandırılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir