Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Siyasi Texnologiyalar Mərkəzi (STM) avqust ayının 17-də İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələr işinin səmərəliləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul  əməkdaşları və rayonun müxtəlif idarə və müəssisələrini təmsil edən nümayəndələr iştirak edib.

STM-nin rəhbəri Vəli Əlibəyov verdiyi ümumi girişdən sonra mövzunun “Dövlət orqanı – vətəndaş münasibətlərinin əsas sahələri” bölməsinə aydınlıq gətirib.

Yerli Hakimiyyət orqanlarında ictimaiyyətlə əlaqələrin günün tələbləri səviyyəsində qurulmasının vacibliyindən danışan və bu məsələdə qarşıya çıxa biləcək problemlərin həlli yolları barədə tövsiyələri diqqətə çatdıran natiq bildirib ki,  dövlət hakimiyyəti orqanlarının fəaliyyəti cəmiyyətin bütün sahələrini əhatə etdiyindən bu fəaliyyətin ictimaiyyətlə işin necə qurulmasından birbaşa asılıdır.

Görüşün və maarifləndirici tədbirin məqsədi birmənalı şəkildə dövlət-vətəndaş məmnunluğuna nail olmaqdır.

Tədbirin iştirakçılarına Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələr işinin səmərəliləşdirilməsi” adlı metodik vəsait paylanılıb.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir