19 avqust 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5 saylı dolayında, Xanagah kəndinin yaxınlığında növbəti ümumrespublika təmizlik aksiyası keçirilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Şahdağ Milli Parkının, Şirvan Regional Hidrometeorologiya Müəssisəsinin əməkdaşları, o cümlədən İsmayıllı gəncləri fəal iştirak ediblər.
Aksiyada toplanmış tullantılar xüsusi nəqliyyat vasitəsilə poliqona daşınıb.
Tədbirin keçirilməsində başlıca məqsəd bölgədə ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının almaqdır. Bununla bərabər əhali tullantıların düzgün idarə edilməsi istiqamətində maarifləndirilir. Eləcə də insanların ətraf mühitin mühafizəsinə münasibəti dəyişir.
Bütün bunlar ekoloji vəziyyətin yaxşılaşdırılmasına və bu sahədə ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsinə xidmət edir.