İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Olimpiya İdman Kompleksinin və İsmayıllı Kikboksinq İdman Klubunun birgə təşkilatçılığı ilə kikboksinq idman növü üzrə rayon birinciliyi keçirilib.

İdmanın bu növündə birinciliyinin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durması, kikboksinq idman növünün inkişafı, kütləviliyinin təbliğ və təşviq olunmasıdır. Birincilikdə təşkilatçı tərəflərin məsul əməkdaşları və 38 nəfər idmançı iştirak edib.

Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verildi. Yarış Azərbaycan Kikboksinq Federasiyasının qəbul etdiyi müvafiq qaydalar üzrə keçirilib. Qaliblər mükafatlandırılıb.

İsmayıllı xəbərləri”

Səhifə 7

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir