Çexiyanın Teplis şəhərində yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışlarında Azərbaycan cüdoçuları sırasında həmyerlimiz Ayxan Mirzəzadə 55 kq. çəki dərəcəsində gümüş medal qazanmışdı. İdmançımızın bu uğuru onun üçün daha yüksək nailiyyətə zəmin olub.
Bu yaxınlarda Belarusda keçirilən II MDB Oyunlarında İsmayıllı yetirməsi – Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə 55 kq. çəki dərəcəsində birincilik əldə edərək, qızıl medal qazanıb və Azərbaycanımızın üçrəngli bayrağını digər ölkələrin bayrağından daha yüksəyə qaldırıb.
Bu münasibətlə Ayxanı, eləcə də məşqçi-müəllimləri – Əkbər Şəfaqətovu və Nurlan Salmanzadəni ürəkdən təbrik edirik!
Qızıl medallı Orxan, qələbələrin davamlı olsun!
“İsmayıllı xəbərləri”