1918-ci ilin iyul ayının 2-də Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçərək, bu günə qədər öz şərəfli missiyasını layiqincə yerinə yetirib, cinayətkarlıqla mübarizənin ön sıralarında duraraq, daxili asayişin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb, böyük təcrübə qazanaraq, daha da möhkəmlənib.

Polis Günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır. Biz hamımız vətəndaşlarımızın sağlamlığı naminə onların atdığı qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinin və peşəkarlığının şahidi oluruq. Polis adını daşımaq şərəf və böyük məsuliyyətdir. Polislər şərəfli peşəni hər şeydən üstün tutaraq, insanların ictimai-siyasi təhlükəsizliyinin keşiyində gecə-gündüz dayanmışdır.

2 İyul – Azərbaycan Polisi Günü münasibəti ilə RİH-nin başçısı Nahid Bağırov İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Şəmşir Kazımov polis əməkdaşları ilə birgə ehtiram əlaməti olaraq ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

RİH başçısı N.Bağırov RPŞ rəisi Ş.Kazımov peşə bayramı münasibəti ilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini, rayonun polis əməkdaşlarını səmimi-qəlbdən təbrik edib, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzulayıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir