Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri doktoru Lətifə Əliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin qonağı olub.
Hörmətli qonaq mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, “Heydər Əliyev: Yenilikçi düşüncəyə malik siyasətçi”, “Azərbaycan qadınları millətlərarası hərbi münaqişələrdə (1905-1920), “Azərbaycan qadınları emansipasiya yollarında” kitablarını mərkəzə hədiyyə edib.
Tarix elmləri doktoru Lətifə Əliyeva, qonağı olduğu – burada yaradılan şəraitdən yetərincə razı qaldığı mərkəzin direktorunun da eyni adla soyadı daşıdığını bilməkdən xüsusi məmnunluq duyduğunu və mərkəzlə müntəzəm əlaqə saxlayacağını bildirib.
L.Əliyeva mərkəzin mehriban kollektivinə ona göstərilən diqqətə görə təşəkkür edib.
“İsmayıllı xəbərləri”