İki uşaqlı bir ailə gəzintiyə çıxır. Uşaqlardan biri yorulur və atasından onu qucağına almasını istəyir. Uşaq ağlamağa başlayır. Ata tək kəlmə belə söyləmədən ağacdan bir budaq kəsir. Budağı bıçaqla düzəldir və oğluna verir: – “Al, oğlum! Bu sənə gözəl bir at” – deyir. Uşaq sevinclə “ata” minir, sıçrayaraq “atına” qamçı vururmuş kimi evin yolunu tutur.
Ata gülərək qızına dönür və deyir ki: – “Bax, həyat budur, qızım! Bəzən zehni və fiziki olaraq özünü yorğun hiss etsən, bax, o zaman özünə dəyənəkdən bir “at” tap və sevinclə yoluna davam et. Bu at bir dost, bir kitab, bir çiçək, bir uşağın təbəssümü ola bilər”.
Ətrafa baxıb belə bir atı hər kəs tapa bilər. Bunu daima xatırlayın ki, həyatın nə qədər çətin olduğunu düşünsəniz, həyat bir o qədər çətindir.
Prof. Dr. Murray Banks
Göndərəni:
Tamam Nur Tağlabiyanlı