Dünyada saysız-hesabsız peşələr içərisində ən vacibi həkimlikdir. Həkim əməyi ona görə şərəfli, qiymətli və gözəldir ki, o insan ömrünün sağlamlığına, onun bütün dərd-bəlalardan qorunmasına və müdafə olunmasına xidmət edir. Belə insanlardan biri də Əlirəmzi Bağı oğlu Məhərrəmov olub.

Əlirəmzi Məhərrəmov 26 iyul 1953-cü ildə İsmayıllı rayonunu Talıstan kəndində dünyaya gəlib. 1960-cı ildə Talıstan kənd səkkizillik məktəbinin birinci sinfinə qəbul olub, 1968-ci ildə səkkizilliyi bitirərək İsmayıllı şəhər 1 nömrəli orta məktəbinin doqquzuncu sinfinə daxil olaraq 1970-ci ildə orta məktəbi bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin birinci müalicə -profilaktika fakültəsinə daxil olub. Təhsil illərindən sonra 1976-cı ildə Mərdəkan qəsəbəsində 13 nömrəli Tibb sanitariya hissəsində terapiya üzrə internaturanı bitirib. 1977-ci ilin avqust ayından aprel ayına qədər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında təcili yardım şöbəsində terapevt, sonra isə poliklinikada göz həkimi işləyib. Bir müddət də Əlirəmzi Məhərrəmov Qubaxəlilli kənd xəstəxanasının baş həkimi olub.

1978-ci ildən 1986-cı ilə qədər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında terapevt işləyib. Əlirəmzi Məhərrəmov on il müddətində terapiya şöbəsinə rəhbərlik edib. 1996-cı ildən 2006-cı ilə qədər isə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Rəhmətlik atası Bağı dayı zirək, çörək verən, bacarıqlı kişilərdən olub. Bacarığı, işi, əməli ilə tanınıb. Odur ki, bu gün övladlarını ölkə tanıyır. Onların hamısı dövlətə sədaqətli, xalqa bağlı insanlardır. Ömürlərini elinə-obasına, Vətən torpağına bağlayıblar. Qismət olub ki, mən də bir müddət Bağı dayı ilə çalışmışam. Ondakı səy, iş bilmək qabiliyyəti başqalarından fərqlənirdi. Onun duzlu-məzəli sözlərini eşitmək çox xoş idi.

Əlirəmzi ailənin ərköyün övladı idi. Odur ki, rəhmətlik həmişə ona daha çox diqqət ayırırdı. O da atasının etimadını doğruldur, çalışdığı sahələrdə işgüzarlığı və çalışqanlığı ilə seçilərdi.

Əlirəmzi Bağı oğlu Məhərrəmovun işgüzarlığını, fəal ictimaiyyətçi olduğunu görüb 2007-ci ildə onu İsmayıllı Rayon 86 saylı Dairə Seçki Komissiyasına üzv seçdilər. Üzvlər də çox böyük etimad göstərib onu DSK-nın sədri vəzifəsinə açıq səsvermə yolu ilə seçdilər.

Artıq Əlirəmzi müəllim xeyli vaxtdır ki, yeni bir sahədə çalışır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiyanın bir neçə qurultayına nümayəndə seçilib. Əlirəmzi hamının – əhalinin də,  vəzifə sahiblərinin də, dövlət strukturunun da etimadını qazanıb. Ən başlıcası o, elə sadə, səmimidir ki, hamı onu sevir. O, dövlətə və xalqına sədaqətlə xidmət edir.

Bu günlərdə Əlirəmzi Bağı oğlu Məhərrəmov İsmayıllı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi munasibəti ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

70 illik yubileyi münasibətilə Əlirəmzi müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.

H.Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir