1950-ci ildə Qərbi Azərbaycanın Axta (indiki Razdan) rayonunun Təkəlik kəndində müəllim

ailəsində anadan olmuşam. Kəndimiz çox səfalı bir məkanda yerləşirdi. Kəndin ortasından kiçik çay axırdı. Qadınlar xalça-palazlarını bu çayda yuyurdular. Kəndin alt tərəfindən axan çay Misxana çayı adlanırd. Çay kənarı boyunca çoxlu məktəbli düşərgələri və sanatoriyalar tikilmişdi. Kəndin şimal

tərəfində, dağlıq hissədə sıldırım qayalar vardı. Bu dağa “Koroğlu dağı” deyirdilər. Dağ alüminium yataqları

ilə zəngin idi.

Kəndimizin ən hündür yerində axan bulaq “Qoşa bulaq” adlanırdı. Burada böyük çörəkbişirmə

zavodu, xəstəxana, hamam, məktəb, uşaq bağçası və 800 başlıq mexanikləşdirilmiş tövlə kompleksi vardı. Atam deyirdi ki, kənd camaatı 1918- ci ildə qadın və uşaqları erməni təcavüzündən qorumaq üçün araba ilə Türkiyəyə aparmışdılar.

370 nəfər azərbaycanlı erməni soyqırımına məruz qalmışdı. Atam 1936-cı ildə İrəvan şəhərində

Pedaqoji Texnikumunu bitirərək kənddə müəllim işləmişdi. O, Böyük Vətən müharibəsi iştirakçısı

idi.  Xatirələrində deyirdi ki, o vaxt İrəvanda 19 məscid vardı. Ərazilərimizin işğalı dövründə

ermənilər Göy məsciddən başqa, bütün məscidləri söküb dağıdıblar.

1948-1953-cü illərdə repressiya illərində kənd camaatını Saatlı rayonuna köçürüblər. Kənddə

3 ev – atamgilin ailəsi, atamın əmisi Ramazan kişinin ailəsi və bibimgilin ailəsi qalıb.

1949-cu ildə yaxınlıqda olan Üləşik və Qarağalı kəndlərini də köçürüblər. Saatlı rayonuna

köçənlərin əksəriyyəti 1953-cü ildə kəndə qayıtmışdır. Həmin illərdə kənddə dövlət tərəfindən

yaşayış evləri tikilmiş və erməniləri bura köçürmüşlər. Məktəbin bir hissəsində azərbaycanlılar,

digər tərəfində ermənilər oxuyurdular. Atam qonşu Axundov kəndində məktəb direktoru işləyirdi,

sonradan Təkəlik kəndinə dəyişdirildi. Kənddə 150 azərbaycanlı, 20 erməni evi var idi. Buna baxmayaraq, sovxozun direktorunu dəyişib erməni qoyublar. Atamı da məktəb direktoru vəzifəsindən çıxarıb yerinə erməni təyin ediblər, atamı isə dərs hissə müdiri keçiriblər. Kənd sovet

sədri – bibimin yoldaşı Şahhüseyn kişini də erməni ilə əvəzləyiblər. Hətta kəndin mağazasının

satıcısı da erməni olub.

Gözümüz görə-görə müsəlman qəbiristanlığının ortasından kəndə yol çəkdilər və yerində

sovxozun material anbarlarını tikdilər. Camaat məcbur olub yaxınlarının məzarlarını çıxarıb başqa

yerə köçürdülər. Kəndin məktəbi yeddiillik idi, atam çox çalışdı ki, məktəb tam orta məktəb olsun,

amma bacarmadı. Böyük qardaşım yeddiillik məktəbi bitirdikdən sonra məcbur olub Gəncə

şəhərində orta məktəbi bitirdi. Atam bacılarımın təhsili üçün 1961-ci ildə İsmayıllı rayonuna köçdü. 1960-1961-ci illərdə kəndin ziyalılarının çoxu uşaqlarını oxutmaq üçün Azərbaycana köçürdülər.

Qərbi Azərbaycan bizim vətənimizdir. O yerləri bir də görmək üçün 1986-cı ilin iyun ayında

rəhbərlik etdiyim tikinti təşkilatının bir qrup işçisi ilə üç günlük Qərbi Azərbaycana getdim. Demək olar

ki, kəndimiz heç dəyişməmişdi. Axundov kəndində atamın direktor işlədiyi məktəbdə də

oldum. Atamı, qardaşımı, məni tanıyan insanların hamısı orada idi. İrəvanda olarkən ermənilərin

bizə qarşı çox soyuq münasibətini hiss etdim.

1988-ci ildən sonra isə bizim Təkəlik kəndindən də köç başladı.

Möhtərəm Prezidentimiz İlham Əliyevin azərbaycanlılar öz doğma yurd yerlərinə qayıdacaqlar

deməsi, bizdə böyük ruh yüksəkliyi yaradıb. Mən də, uşaqlarım da yurdumuza qayıdış arzusu ilə

yaşayırıq.

Vidadi Məmmədov,

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir