Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Aprel şəhidi Mikayıl Vahabzadəyə həsr olunmuş tədbir keçirilib.

4 aprel 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar İsmayıllı rayonunun Maçaxı kəndində anım tədbiri keçirilib.

Tədbirdə İsmayıllı UADM-in əməkdaşları, şəhid anaları, orta təhsil müəssisələrinin şagirdləri iştirak ediblər. Tədbir iştirakçıları Aprel şəhidi Mikayıl Vahabzadənin Maçaxı kəndindəki ev muzeyini ziyarət edib, mərkəzin direktoru Lətifə Əliyeva şəhid haqqında yazdığı “Şəhidliyə aparan sevgi” kitabı haqqında məktəblilərə məlumat verib. Tədbirin yekununda şəhidin məzarı ziyarət olunub.

L.Kəbirova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir