2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar İsmayıllıda keçirilən silsilə tədbirlərin davamı olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin müavini, YAP İsmayıllı Rayon Təşkilatının sədri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.

Tədbir dahi rəhbər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva Ulu öndərin ömür yolunun, bioqrafiyasının tariximizin şərəf salnaməsi olduğunu bildirib, xalqın xilası, vətənin inkişafı və azadlığı yolunda atdığı addımlardan bəhs edib.

Tədbirdə Ulu öndərin regionlara səfərləri çərçivəsində onunla görüşən bir qrup İsmayıllı sakininin həmin görüşlərdən yaddaşlarına həkk olan xatirələri dinlənilib. Şəhid anası Zenfira Zeynalova, rayonun ictimai həyatında fəal iştirak edən şəxslərdən Rüstəm Səmədov, Yaşar Nuriyev, Hafiz Kərimov, Valeh Salehov və Sənubər Qasımovanın xatirələri görüşdə iştirak edən gənclər və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova öz çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş tədbirlər keçirilir, xatirəsi dərin ehtiramla yad edilir. O, həmçinin Ulu Öndərlə olan görüşlərindən xatirələrini dilə gətirərək bildirib ki, “Ulu öndərin ömür yolu vətənə, xalqa xidmət nümunəsidir”.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxışında qeyd edib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirərək, ölkəmizi məhv olmaq təhlükəsindən qurtarıb. O qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin əsas nəticəsi dağılmaq ərəfəsində olan ölkəmizi dinamik inkişaf edən bir ölkəyə çevirmək olub.

Tədbirdə Heydər Əliyevin İsmayıllı səfərləri zamanı çəkilən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunub.

 İlqar Əhmədli

 

 

 

 

 

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir