17-18 aprel 2023-cü il tarixlərində TƏBİB-in tabeliyindəki İsmayıllı RMX PHŞ-də müqəddəs Ramazan bayramında xeyriyyə aksiyası keçirilib.
Belə ki, şəhid ailələrinin, qazi, müharibə iştirakçılarının, həmçinin ucqar kəndlərdə yaşayan ailələrin uşaqları sünnət olunublar.
Aksiyada iştirak edən 40 uşaq ilkin olaraq həkim baxışından və laborator müayinələrdən (qanın ümumi analizi, laxtalanma, hepatit B,C) keçirildikdən sonra İcbari Tibbi Sığorta sisteminin Xidmətlər Zərfi çərçivəsində tibb müəssisəsinin cərrahları tərəfindən sünnət olunub.
Aksiyada iştirak edən uşaqlar şəhid ailələri tərəfindən ziyarət edilib.
Valideynlər Ramazan ayında belə bir xeyirxah aksiyanın təşkili üçün minnətdarlıqlarını bildiriblər.
“İsmayıllı xəbərləri”