18 aprel 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun birgə əməkdaşlığı ilə görüş keçirilib.
Görüşdə ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Hacıyeva sosial maddi rifahı zəif olan ailələrin uşaqlarına dəstək məqsədilə verilən güzəştli kreditlərdən danışıb və bu kreditlərin faydalarını qeyd edib.
Görüş zamanı iştirakçılara tələbə krediti sisteminin tətbiq edilməsi sayəsində hər kəsin təhsilə əlçatanlığının təmin olunmasından və fondun yaratdığı imkanlar barədə məlumat verilib. Sonda iştirakçıların sualları geniş şəkildə cavablandırılıb.
N.Əlövsətli