Müqəddəs elimin müqəddəs ocağı olan Göyçə Mahalının özünəməxsus və təkrarolunmaz toponimlərə malik bir diyardır. Bu toponimlər tarixin əsrlərlə ölçülən qədimdən süzülüb gələn bir işıqdır. Bu işığı qoruyub saxlamaq, onu unutmamaq, yaddaşlarda, kitablarda yaşatmaq hər birimizin müqəddəs borcudur. Çünki bu Odlar Yurdumuz Azərbaycanın bir parçasıdır- Göyçə Mahalı. Bu torpaq əzəli yurd yerlərimizdən biridir.
İndi isə keçək əsas məsələyə. Lap qədimlərdən burada yaşayan xalqımımızın bir çox tayfaları burada yaşayıblar, öz adlarını burada əks etdirirlər. Elə götürək, ən tanınmış tayfalardan biri olan Kərki tayfasını. Bunlar lap çox-çox qədimlərdən Azərbaycanda deyil, bütün Şərqdə tanınırdılar. Elə buna görə də, Göyçə mahalının Kərkibaş kəndinin adına baxaq. Kərki ən məhşur anımlarından biri Kərki və baş birləşməsindən əmələ gələn etimologiyadı. Bundan əlavə, İraqa Kərkük şəhəri, Xankəndi yaxınlığında Kərnicahan qəsəbəsi, Naxçıvanda Kərki kəndi və başqa yerlərdə rast gəlmək olur. Hətta Orta Asiyada belə şəhər var.
İkinci toponimlərdən ən məhşurlardan biri Qaraqoyunlu tayfasının adı ilə bağlıdır. 1918-ci ilə kimi Göyçə mahalında yanaşı iki kənd Böyük Qaraqoyunlu vı Kiçik Qaraqoyunlu kəndləri mövcud olmuşdur. Böyük Qaraqoyunlunun adı 1939-cu ildə dəyişdirilərək, M.Əzizbəyovun şərəfinə Əzizli adlandırılmışdır. Burada həmçinin, iki Qaraqoyunlu dərəsi var. Biri Göyçəni Kəlbəcərlə birləşdirən dərə, biri isə Göyçəylə Qazaxı birləşdirən dərə. Qərbi Azərbaycanda olduğu kimi, bütöv Azərbaycanda da bir çox yerlərdə Qaraqoyunlu kəndləri və ya yaşayış məntəqələri var.
Belə adla yaşayış məntəqələrimiz nəyinki doğma yurdumuz Azərbaycanda, Türkiyə, İranda, İraqda, Gürcüstanda da mövcuddur. Vaxtı ilə bütün Yaxın Şərqdə güclü bir dövlətlər olmuş Ağqoyunlu və Qaraqoyunlu tayfalarının adlarını tarixdə dərin və silinməz izlər qoymmasına tarixin təkzibolunmaz faktları sübut edir. Xalqımızın Yaxın Şərqlə neçə tayfalarla dövlət qurmasını əyaniliyini əks etdirir.
Göyçədə daha bir tayfanı adı ilə tanınan – Kəsəmən kəndi bu kənddə Kəsəmənlilər tayfası adına görə verilib.
Tayfa adları ilə 1988-ci ilə kimi Qaralman və Canəhməd kəndləri var idi. Düzdür, sənədlərdə adğarı dəyişdirilmişdir- Qaralman Sovetkənd, Canəməd isə Günəşli adlandırılsa da, yerli əhali arasında bu adlar hələ də işlənirdi. Onu da qeyd edək ki, bu 1918-ci ilə kimi, bu kəndlərin yox, Qərbi Azərbaycanda onlarca belə yaşayış məskənləri mövcud olub.
Daha bir kənd – Çaxırlı kəndi də Qaxırlı tayfalarının adı ilə adlandırlıb. Düzdür, sonralar kəndin adı erməniləşdirilib-Sovetagert qoyulmuşdur. Doğma Azərbaycanımızın Göyçay rayonunda, Masallı, Qubadlı və başqa rayonlarımızda Çaxırlı adlı kəndlər bu qədim tayfaların adlarını yaşadırlar, özlərində əks edirirlər.
Bir çox kəndlərin adı isə yerinə, təbiətinə, şəraitinə uyğun olaraq adlandırılmışdır. Məsələn, Qoşabulaq, Qırxbulaq, Ağbulaq, Göyçəkbulaq-bulaqlara görə, Daşkənd, Qayabulaq, Yuxarı Zağalı, Aşağ Zağalı- daşlığı, qayalığı, Zağaya görə, Yarpızlı çay, Qarlı – Qamışlı bitkilərə görə adlandırılıb. Bundan əlavə, Göysu, Subatan, Zərzibir, İnəkdağı, İlişqaya, Dərə, Pəmbək, Tüstülü, Böyük Məzrə, Kiçik Məzrə, Zod, Ardanış, Şorca, Yuxarı Şorca, Aşağı Şorca kəndləri də var idi – 1988-ci ilə kimi. İndi bu adların hamısı erməniləşdirilib. Burada təkcə yaşayış məskənləri deyil, digər yer adları da sırf Azərbaycan sözləridir.
Məsələn, çaylar – Daşağan, Gilli, Qumlu, Böyük Göyçə gölü, Kiçik Göyçə gölü, El gölü, Yarpızlı gölləri. Şorca dağları, Şahdağları, Çalmalı dağ, Keti dağı, Qaradaş dağı, İlişpiləkən dağı, Közəndərə dağı və s.
Bu dağlara Kehdi və ya Keydi dağının adı isə Kehdinin adından götürülmüşdür. Kehdi və Mehdi adlı iki qardaş həmin dağa ova çıxıblar. Onlar bir az getdikdən sonra isə söhbətləşib ayrılıblar. Hərəsi bir tərəfdən dağın zirvəsinə üz tutublar. Kehdi Mehdidən tez zirvəyə çatır, maral ovlayır, sonra onun dərisini soyub ona verilir. Mehdi onu uzaqdan maral bilib ovlayır vurur. Sonra isə gəlib görür ki, bu maral yox, onun qardaşı Kehdidi. Sonra od a özünü öldürür. Hər iki qardaşın qoşa məzarları dağın zirvəsindədir. Həmin vaxtdan Kehdi dağı adlandırılır.
Qaradaş dağı isə müqəddəs ocaq kimi 1988-ci ilə kimi burada yaşayan azərbaycanlılar və müsəlman kürdləri üçün ziyarətgah yeri sayılırdı. Düz, zirvəsinin sonunda bir bulaq qaynayır. 3 ay dupduru, müqəddəs su kimi axır, sonra kəsilir.
Bundan başqa, Koroğlu qayası, Vəzirin qayası, Kəlin qayası kimi adlara Azərbaycan mənşəli yer adları idi. Bununla belə, Şah İsmayıl Xətai meydanı və sair mövcud idi.
Onu da qeyd edək ki, Şah İsmayıl Xətai yanında qulluq edən Misgan Abdal Sarıyaqub kəndində yaşayırdı. Deyilənə görə, Misgan Abdalın həyat yoldaşı bir kasa südlə Şah İsmayıl Xətainin qoşununu doyuzdurmuşdur. Bunun üçün o, hər gün sağına gələn maralları sağarmış. Bir dəfə o, maralları sağanda süd əvəzinə qan gəlir. O, o saat başa düşür ki, kimsə onlardan qan tökübmüş, qaba salıbmış. Sən demə onun oğlanları Batmanqılınc və Dalqılınc qan töküblərmiş. Onu deyək ki, hər ikisinin qəbirləri 1988-ci ilə kimi Sarıyaqub kəndində dururdu.
Tariximizin bir parçası olan Göyçə mahalına aid bütün toponimlərin keçmişi araşdırılmalı, tədqiq olunmalı, əvvəlcə öz soydaşlarımıza, sonra bütün türk dünyasına, müsəlman aləminə, daha sonra isə dünyaya çatdırılmalıdır.
Vaxt gözləmir, nə qədər ki, gec deyil, bütün tarixçilər, folklorşünaslar qollarını çırmayıb işə girişməlidirlər.
Nizami Nadirov (Göyçəli)