Atayev Məhəmməd Rəcəb oğlu 28 may 1951-ci ildə İsmayıllı rayonun Müdri kəndində anadan olub. 1966-cı ildə Müdri kənd 8-illik məktəbini, 1968-ci ildə İsmayıllı şəhər 1 nömrəli  orta məktəbini (İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəb) gümüş medalla bitirib.

Məhəmməd elə həmin il Bakı Dövlət Univeristetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1973-cü ildə univeristeti bitirib.

1975-1979-cu illərdə aspiranturada oxuyub. Daha sonra SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1976-1980-cı illərdə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olub və ixtira etdiyi yeni konstruksiyaya görə medalla təltif edilib.

1987-ci ildə Azərbaycan Elmi Tədqiqat Neft Layihə İnstitutunda işə qəbul olunub. Neft hasilatı üzrə elmi-praktik məsələlərin həlli ilə məşğul olub. 1992-ci ildən həmçinin Qaradağ rayonundakı 134 saylı məktəbdə riyaziyyat, fizika və informatika fənlərinin tədrisi ilə məşğul olub.

Məhəmməd Atayev 30-dan çox elmi və elmi publisistik məqalənin müəllifidir. Məhəmməd müəllimin çoxsaylı şagirdləri respublikanın və xarici ölkələrin ali təhsil ocaqlarında təhsil almışdır. Onun elmi fəaliyyəti çoxşaxəlidir.

M.Atayevin məqalələrinin çoxu sferik örtüklər üzərində yaranan kiçik elastiklər ətrafında mexaniki gərginliyin paylanması, neft rezervuarlarının yaradılması, xüsusilə amirləşmiş boru konstruksiyalarının dinamikası, rəqsləri və dayanqlığı məsələlərinə həsr edilib. Eləcə də “Zəlzələ və onun başvermə səbəbləri” və digər müxtəlif sahələrə aid əsərləri mətbuatda dərc olunub.

Neftçıxarma sahəsində bir çox elmi-praktik məsələlərin həllinə aid çoxsaylı məqalələrin müəllifidir. Alim Moskva, Tallin, Daşkənd, Yakutsk və başqa şəhərlərdəki alimlərlə yaradıcılıq əlaqələri saxlamışdır.

Ailədə 2 qız övladının atası idi. Qızların hər ikisi ali təhsillidir.

Həyat yoldaşı ali təhsilli fizika müəllimidir. Orta məktəbdə fizika fənnini tədris edir.

O, pedoqoji sahədə də uğurlu tədqiqatlar aparmışdır. Bakı şəhəri və Respublika üzrə müsabiqələrdə iştirak etmiş və mükafatlara layiq görülmüşdür.

Məhəmməd Atayev 2010-cu il noyabrın 1-də dünyasını dəyişib.

4 nəvəsindən biri onun adını daşıyır.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

Xalıq Yusifoğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir