Resrublikamıza uğurla  rəhbərlik edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət daim inkişafa, insanların maddi-rifah halının yüksəlməsinə yönəlmiş bir siyasətdir və bu siyasət uğurla həyata keçrilir. Sevindirici haldır ki arxiv işi də bu inkişaf ahəngindən geri qalmamışdır.

Azərbaycan Respublikası  Prezidentinin 27 iyul 1999-cu il tarixli 168 №-li, 27 sentyabr 2003-cü il tarixli  935№-li Fərmanlarından irəli gələn tələblər – sənədlərin hazırlayıb Dövlət arxivinə təhvil verməmiş rayonumuzda bəzi İƏD, bələdiyyə, idarə, müəssisə və təşkilatlar (bəzilərinin fəaliyyəti dayanmasına baxmayaraq) tərəfindən kobud surətdə pozulur. Bir çox hallarda sənədlər itir, vaxtından əvvəl məhv olunur ki bu da rayon əhalisinin haqlı narzılığına səbəb olur.

Fərmanın tələblərinə uyğun olaraq, sənədlərin Dövlət Arxivinə təhvil verilməsi üçün idarə rəhbərinin əmr və ya sərəncamı ilə ekspert komissiyaları yaradılmalıdır.

Sənədlər hazırlanrkən ekspertizadan keçrilməli, Daimi və arayış xarakterli sənədlərin siyahısı, ləğv etmək üşün ayrılan sənədlərin və işlərin aktları tərtib edilməlidir.

Təşgilatda olan sənədlər qanunvericilikdə müəyyən edilmiş  müvəqqəti saxlama müddəti başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir (sənədlər aidiyyatı üzrə təftişdən keçməli və inzibati orqanlar tərəfindən üzərində həbs qoyulmaması şərtilə).

Sənədlərin tərtib edilməsi saxlanması və istifadəsi üçün rayonun bir neçə inzibati ərazi dairələrində olduq. Arxiv işi ilə bağlı nöqsanlar drmək olar ki,əksər təşkilat və idarələrdə təkrarlanır.  Belə ki, bir çoxunda sənədlər dəmir seyflərdə saxlanılmır, sənədlərin saxlanmasına maddi-məhsul şəxs təyin olunmayıb, sənədlərin işlənməsi üçün ekspert komissiyası yaradılmayıb.

Tərtib olunan sənədlər hər ilin sonunda vərəqlənməklə idarədə sənədlərin saxlanmasına cavabdeh şəxsə, bələdiyyələrdə seçkidən sonra yeni tərkibə akt əsasında təhvil verilməlidir.

Qeyd olunanları nəzərə alaraq xahiş edərdik ki, inzibati ərazi dairələri, bələdiyyə, idarə və müəssisələrin sənədlərinin Dövlət Arxivinə təhvil verilməsində qeyd olunan nöqsanların aradan qaldırılması üçün müvafiq işləri görsünlər.

Ümüdvarıq ki, xahişimizin nəzərə alınması rayonumuzda arxiv əsaslı işinin təşkilinə lazımi təkan verəcəkdir.

Diqqətə çatdırılan məlumatlardan sonra rayonumuzda arxiv sənədlərinə münasibət və onların qorunub saxlanmasını vəziyyətini ətraflı öyrənmək məqsədi ilə Rayon Dövlət Arxivinin müdiri İsa Əkbərova müraciət etdik. O, söhbətə belə başladı.

– Kecmişimizi öyrənməkdə hadisələrin doğruluğunu üzə cıxarmaqda, əldə etdiyimiz nailiyyətləri dürüst öyrənməkdə zəhmətkeşlərin sorğularına və tələbləri barədə məlumat əldə etməkdə və bunlar əsasında arayışların verilməsində dövlət arxivləri müstəsna rol oynayırlar.

Rayon Dövlət Arxivində inzibati ərazi dairələrinin (XDS İcraiyyə Komitəsi), bələdiyyələrin, fəaliyyətinə xitam xerilmiş kolxoz, sovxoz və onlarca idarə təşkilat sənəd materialları qorunub saxlanılır.

 – Rayonumuzda arxiv nə vaxt yaradılıb?     

– Azərbaycan İnqlab Komitəsinin sədri N.Nərimanov 6 dekabr 1920 -ci ildə  “Vahid  Dövlət  Arxivi  fondu yaradılması haqqında” dekret imzalamışdır. Bu dekretin nəticəsində İsmayıllı  Rayon Dövlət  Arxivi 24 noyabr 1931-ci ildə təşkil olunmuşdur.

– Rayonun Dövlət Arxivində saxlanılan sənədlər hansı dövrü əhatə edir?     

– 07 yanvar 2023-cu ildə tərtib olunan məlumata (rayon Dövlət Arxivində saxlanan sənədlərin Fond siyahısına) əsasən 1935-2017-ci  illəri əhatə edir və 214 fond üzrə 36040 iş qorunub saxlanılır.

– Sizə əsasən kimlər müraciət edirlər?

Təqaüd yaşı catanlar, ailə başçılarından birini itirənlər, şəxsi mülkiyyətində olan həyətyanı torpaq sənədi olmayanlar və başqaları. Digər şəhər və rayonlarından, hətta Respublikamızın hüdudlarından kənarda yaşayan azərbaycanlı bacı və qardaşlarımız da müraciət edirlər.

–  Keçən il neçə müraciət – ərizə və şikayət tərəfinizdən icra olunub. Hər il neçə sənəd qəbul etmisiniz?

– Keçən hesabat ilində daxil olan ərizələrin 250 olacağı nəzərdə tutulub.  Daxilolma 352 olub, onlardan 342-nə müsbət cavab verilib. Sənəd qəbulunun 250 ola bilməsi gözlənilsə də, 468 iş qəbul olunub.

– Sorğuların icrasında 10 ərizəyə mənfi cavab verilməsinin səbəbi nədədir?

– Səbəbi özümüzdə axtarmalıyıq. Bir çox müəssisə, tikinti idarələrinin və s. fəaliyyətinə 15-20 ildir xitam verilib. Lakin bu günə kimi bəziləri sənədləri elmi-əməli dəyərinə görə ekspertizadan keçirməklə dövlət arxivinə təhvil verməyiblər.

Təəssüflər olsun ki, ümumilli liderimiz Heydər Əliyev cənablarının imzaladığı 27 avqust 2003-cü il tarixli Fərmanın tələblərini hardasa kobud surətdə pozur və nəticəsi sizin soruşduğunuz 10 və daha artıq mənfi cavaba, eləcə də haqlı narazılığa çevrilir.

Yəqin ki, bu yazınızı oxuyanda adlarını qeyd etməsək də, öz səhvlərini anlayanlar açıq tənqidə tuş gəlməmək üçün qısa zamanda, tələblərə uyğun qaydada sənədləri işləyib Dövlət Arxivinə təhvil verəcəklər.

– Rayon rəhbərliyi tərəfindən sizə köməklik olurmu?

Sənədlərin yığılması üçün qutuların alınması, dəmir rəflərin quraşdırılması, təmir və s. çatışmazlıqlarımız hər il Rayon İcra Hakimiyyəti başcısının diqqət və tapşırığı ilə həyata keçrilir. Bir neçə gün əvvəl, 14 aprel 2023-cü il tarixdə respublika üzrə keçirilən kollegiya iclasında yalnız bir rayon rəhbərliyinə təşəkkür bildirildi, o da İsmayıllı rayonu oldu.

Fürsətdən istifadə edib qəzetiniz vasitəsi ilə Arxiv işinə qayğı və köməkliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova və ümumiyyətlə, İcra hakimiyyəti və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəhbərliyi aparatına minnətdarlığımızı bildiririk.

–  İsa müəllim, baxırıq ki, sənədlər idarə və təşkilatlar üzrə qutulara yığılıb üzərində hansı illəri əhatə etməsi və saxlama vahidi ardıcıllıqla qeyd olunub. Bunlara necə nail olmusuz?

– Zəhmət sayəsində…

Məsələn hər hansı bir təşkilatın sənədləri saxlama vahidləri və illərlə, ardıcıllıqla düzülür, üzlükləri lazım gələrsə yenisi ilə əvəz olunur. Qutunun tutumu qədər yığıldıqdan sonra hər bir qutuya üzlük yazılaraq yapışdırılır. Ardıcıllıqla, gördüyünüz kimi rəflərə yığılır.

Məlumat üçün bildirim ki, keçən hesabat ilində 1581 işin yeni siyahıları Azərbaycan Respublikası Milli Arxiv İdarəsində MEYK-də təsdiq olunmuş, 350 iş karton qutulara yığılmalı olduğu halda, 1215 iş fondlaşdırılaraq karton qutulara yığılmışdır.

– Arxivin neçə işçisi var?

– Müdirlə yarımştat maaşa işləyən xadimə… Bu ilin oktyabr ayından kömək üçün bir nəfər sosial işçi də verilib.

– Təccüblüdür, bu işlərin öhdəsindən tək necə gəlirsiz? Bildiyimizdən rəhbərlik və baş idarəniz işinizdən  razıdır?

– Təvəzökarlıq olmasın, Arxiv işi heç də kənardan baxılan kimi deyil çətin və şərəfli işdir. Yalnız işləməlisən ki, plan və tapşırıqlara əməl edəsən. İstənilən sorğuya vaxtında cavab verə biləsən.

Bir də, əgər insana etimad göstərib, hər hansı bir  iş tapşırılıbsa, demək hər kəs təlimata və nəzərdə tutulan ümumi qaydalara uyğun öhdəsinə götürdüyü işi sevərək işləməlidir.

– N.Gəncəvi  necə deyib?!

– Kamil bir palançı olarsa insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

İsa müəllim, arxiv dedikdə təssəvvürə gələn nə olmalıdır?

– Keçmişimiz, bu günümüz və gələcəyimiz üçün yazılı, tarixi abidədir arxiv. Arxiv haqqında ən mükəmməl kəlamı isə ümumilli liderimiz Heydər Əliyev söyləyib: “Arxiv sənədləri Azərbaycan xalqının əvəzsiz mənəvi sərvətidir”.

 – Çətinliklər barədə nə deyə bilərsiniz?

– Mənim üçün iş onda maraqlı olur ki, orda çətinlik var. Onun öhdəsindən layiqincə gəlirsən və bunu dediyiniz kimi, rəhbərlik qiymətləndirir.

 – Qəzetimiz vasitəsi ilə oxuculara nə sözünüz var?

– Oxuculara və ümumilikdə Azərbaycan xalqına ulu Yaradandan can sağlığı, aydın səma və xoşbəxtlik arzulayıram.

Rayonumuzda fəaliyyət göstərmiş, hazırda fəaliyyət göstərməyən idarə, müəssisə və təşkilatların keçmiş rəhbərlərindən xahiş edirəm əgər həmin idarələrin sənədlərindən Arxivə təhvil verilməyəni varsa, əlaqə yaratsınlar biz də arxivə qəbul olunmasını təmin edək. Keçmiş gələcəyin bünövrəsidir. Sabaha hər nə qədər can atsaq da, dünəni unutmamalıyıq. Bu baxımdan arxiv işinə hər bir vətəndaş diqqətlə yanaşmalı, keçmişlə bugünün, hətta sabahın da əlaqədə olmasına öz vətəndaşlıq töhfəsini verməyə can atmalıdır.

Hər 5 ildən bir yeni bələdiyyə seçkiləri  kecirilir. Bəzi bələdiyyə sədrlərinin səhvləri üzündən bir çox sənədlər itib batıb. Itirilmələrin qarşısını almaq məqsədilə bələdiyyə sədrlərindən xahiş edirəm təlimata və ümumi qaydalara əsasən son beş il bələdiyyədə qalmaq şərtilə sənədlərin qısa müddətdə işləyib arxiv fonduna təhvil verilməsini təmin etsinlər, qalan son beş ilin sənədlərini vərəqləməklə akt əsasında yeni bələdiyyəyə təhvil versinlər.

– Bildiyim qədər həcc ziyarətində olmusuz. Hamı sizə  Hacı deyə müraciət edir?

– Bəli, Allah hamıdan razı olsun.  2008-ci ildə Məkkəni ziyarət etdim. Allah arzusunda olanlara, ümumiyyəylə, bütün xalqımıza, əhli-islama qismət eləsin.

Sağollaşan zaman biz də rayon ictimaiyyəti və oxucularımız adından Hacı İsaya uzun ömür, can sağlığı və işlərində uğurlar arzuladıq.

Şahməmməd Dağlaroğlu

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir