“Sağlam həyat tərzi seç: sən gələcəyin atasısan” mövzusunda maarifləndirici görüş keçirilib.

19 aprel 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi seç: sən gələcəyin atasısan” adlı maarifləndirici görüş keçirilib. Görüşdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələri iştirak edib. Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirmə işinin aparılması istiqamətində baş tutan görüşdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb fakültəsinin müəllimi, həkim Elşən Həsənov gənclərə reproduktiv sağlamlıq, cinsi yolla yoluxan infeksiyalar, ailə planlaşdırılması barədə ətraflı məlumat verib. Mərkəz yanında yaradılan ekspert qrupunun üzvlərinin də iştirak etdiyi görüşdə erkən nikahın fəsadları, kiçik yaşlarda ailə qurmanın reproduktiv sağlamlığa vurduğu ziyanlar barəsində geniş danışılıb. Təqdimat nümayişi ilə keçirilən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Nərgiz Əlövsətli

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir