Könül sevdası ilə yazıb-yaratmaq, ruhun həyat cazibəsini göstərir.
Könül sevdası ilə yazıb-yaratmaq, qəlbin həyat sevgisini duyurur.
Könül sevdası ilə yazıb-yaratmaq, həyatın izahını realizə edir.
Ruhun həyat cazibəsini göstərən əsərlərdə həyatın ictimai-məfkurəvi anlamı var.
Qəlbin həyat sevgisini göstərən əsərlərdə, həyatın təntənəsi var.
Həyatı realizə edən əsərlərdə həyatın gözəlliyi ilə acıları var.
Çağdaş şerimizin sıralarında öz poetik üslubu ilə tanınan şairlərdən olan poeziyası öz həyati duyğusallığı və koloriti ilə zamanın həyat səhnəsini özündə əks etdirir.
Heç güvənmə, – görə-görə, gəlmişik!
Enişini-yoxuşunu görmüşük!
Zəncirləri, – qıra-qıra ölmüşük!
Sahibini yıxan atdır, bu dünya!
Qırğınlara, baxan yurddur, bu dünya!
Göz yaşını, sıxan gözdür, bu dünya!
Vətən şairi olmaq, həm sevgidir, həm də qürurdur…
Vətən şairi olmaq, həm məhəbbətdir, həm də sədaqətdir.
Vətən şairi olmaq həm dəyanətdir, həm də məfkurədir.
Sevgi ilə yazılan Vətən şerlərində həm də qürur hissi var.
Məhəbbət duyğusu ilə yazılan Vətən çevrələrində həm də sədaqət hissi var.
Dəyanət düşüncəsi ilə yazılan Vətən şerlərində həm də məfkurə hissi var.
Surə Ziyadqızının lirikasэnэn ictimai-məfkurəvi xarakteri Vətənə məhəbbət və sədaqətin realizəsindədir…
Azərbaycan, ətirli bir çiçəyim,
Azərbaycan, min arzuda, diləyim.
Qəlb evimin bağçasında ləçəyim,
Azərbaycan – bölünməyən, ürəyim!
Azərbaycan, sevgi dolu, sevgilim,
Bu dünyada, həm ayımsan, həm ilim,
Mənim varlığımı söyləyən dilim,
Azərbaycan – bölünməyən ürəyim!
Vətən, insan həyatönın mənəvi cəhətdən daima bağlandığı yerdir.
Vətən, insan düşüncəsinin həyat ruhunu doğmalığa baöladığı məkandır.
Vətən, insan mənəviyyatının həyati mənasını daşıdığı düşüncənin özüdür.
Mənəvi dünyanın zənginliyini, Vətən sevgisi ilə müəyyən etmək olur.
Həyat ruhunu qanadlandıran, məhz Vətən fəlsəfəsinə olan baxışdır.
Mənəviyyatının həyat ölçüsü məhz Vətənə olan həyati münasibətə bağlıdır.
Surə Ziyadqızının lirikasının həyati ruhi motivləri oxucunu düşündürür daima.
Can evimin hasarları Vətəndir!
Eşqimizin aзarları Vətəndir!
Məzarımın divarları Vətəndir!
Boz qurdam! Döyüşdə – şirəm, aslanam!
Düşmənləri al qanına qatacam!
Parçalayıb, parça-parça atacam!
Başın-leşin süngümüzə, taxacam!
Boz qurdam! Döyüşdə, – şirəm, aslanam!
Poeziyada xəlqilik, həyatın dərin qatlarına endirir oxucunu…
Poeziyada xəlqilik həyatın ictimai-məfkurəvi sirlərini ortaya çıxarır.
Poeziyada xəlqilik, həyatın bütün fəlsəfəsini ilmə-ilmə qəlbə axıdır.
Həyatın gözəllikləri insanlığın şərəf və ləyaqətini insanlara təlqin edir.
Həyatın kədər yükünü çəkməklə, həm insan kamilləşir, həm də təbiətin səhnəsini aydınladır.
Həyatın mənəvi biçimi, insanlığın həyat sınağına çəkir insanlığı.
Şairənin mili hisslə yazdığı əsərlərdə böyük qürur hissi, mətanət duyğusu var.
Surə Ziyadqzının poeziyası öz həyati koloriti etibarı ilə oxucunu düşündürən poeziyadэr.
Türk oğlıuyuq, bizə kəfən biçilməz!
Kökümüz bir, millətimiz seçilməz!
Vətənindən, qeyrətindən keçilməz!
İki dövlət, bir millətim var mənim!
İki dövlət pəncələşir, şirləşir,
İgidləri səngər qazır, yer eşir,
Millətimiz yumruq kimi birləşir,
İki dövlət, bir millətim, var mənim!
Sevgi lirikası həyatın hikmətlərini səsləndirən lirikadır.
Sevgi lirikası həyatın izahənı realizə edən lirikadır.
Sevgi lirikası həyatın daxili aləmini, təzahürü könüllə ortaya çıxaran lirikadır.
Həyatın sevgi lirikası könül dünyasının iztirablarını duyğularla dilləndirir.
Həyatın sevgi lirikası insanın dünyaya təmasını gücləndirir.
Həyatın sevgi lirikası qəlbin həyat sevgisini yaşamağa sövq edən lirikadır.
Surə Ziyadqızının poeziyası sevgi hissini qəlblərə daşıyan poeziya kimi möhtəşəmdir…
Sevgi şərbətini içənlər…
Ayrılıq libasını geyənlər…
Ağrı yeyib, qəm içənlər…
Həsrət şəkənlər bilir ki,
O nədir?
Səni düşünürəm, tək səni!
Söhbətin, səsin,
Sevdalı baxışların,
Əllərinin istisi.
Ağ qağayım, ürək dənizim!
Poeziya insan könlünü həyəcanını üzə çıxardan ruhun həyat təntənəsidir.
Poeziya insan könlünün istəklərini qəlblərdə axtaran könül incələməsidir.
Poeziya insan könlünün sevgisini ifadə edən əsil həyat cazibəsidir.
Surə Ziyadqızının poeziyası öz həyati duyğusallığı ilə çağdaş şerimizin gözəlliyini qəlblərə daşıyan poeziyadır.
Şairənin lirikasının ictimai-məfkurəvi xarakteri Vətənə, xalqa sevgi ilə müşayət olunur.
Uğurlar arzulayıram şairə xanıma.
Hğrmətlə,
müəllim-şair-filoloq