Azərbaycan tarixində baş vermiş faciəli hadisələri tarixən yaddaşımızdan silinməsinə çalışan bədxaqlarımız buna nail ola bilməyiblər. Qədim dövlət olan Azərbaycan acılı-şirinli hadisələr çox baş verib. Bizi sevməyən böyük dövlətlər, beynəlxalq təşkilatlar bizim həqiqətlərimizi görməməzliyə vursalar da bunları gizlətmək mümkün olmayıb. Xalqımız var olub, olacaq da…

Qanlı təqvim səhifələrimizdən biri də 31 martdır. Hansı hadisələr olub bu tarixdə?

XVIII əsrin sonu, XIX əsrin əvvəllərində rus imperiyası Cənubi Qafqaza doğru genişlənməyə başladı. ”Velikorus” şovimist planlarından istifadə edərək bu əraziləri tutmağa çalışdı. Həmin dövrdə torpaqlarımızda vahid dövlət yox idi. Bir-biri ilə dartışan xanlıqlar birləşib rus işğalının qarşısını ala bilmədilər. Rusiya və İran dövlətlərinin Azərbaycan uğrunda müharibələri vətənimizin bölünməsi, ikiyə parçalanması ilə nəticələndi.

Rus çarı I Pyoturun yurdsuz-yuvasız, vətənsiz Avropanın bütün monarxlarından kömək istəyən, lakin rədd edilən erməni keşişinə verdiyi sözə görə ruslar tərəfindən tutulan Cənubi Qafqaza köçürülən haylar (ermənilər) ən yaxşı torpaqlarda: Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarında yerləşdirildi. O vaxtdan yerli türk-azərbaycanlı xalqının qara günləri başladı.

Məşhur atalar sözümüzdə səsləndiyi kimi –  “özümə yer eləyim, gör sənə nə eləyim” – deyən mənfur ermənilər xalqımıza qarşı fitnə-fəsadlara başladılar. Rus hökuməti İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti “adlı qurum yaratdı. Bundan həvəslənən ermənilər daha da gücləndi. 1905-1906-ci ildə Bakıda, Qarabağda, Naxçıvanda, İrəvanda erməni-daşnak dəstələri rus müstəmləkəçilərinin gözü qarşısında qanlı hadisələr törətdilər. Yüzlərlə müsəlman-türk qadın, uşaq, kişi qətlə yetirildi. Ölkəmizin hər yerində bu qanlı hadisələr törədildi. Bakıda qırğınları millətin ziyalılıarı, ağsaqqalları rus hakimiyyətindən tələb edərək dayandıra bildilər.

İndi soruşula  ki, bu erməni terrorçuları bizdən qoçaq idilər ki, belə edə bilirdilər? Xeyir, ancaq onların arxalarında bizi sevməyən rus hökuməti, bütün xristiyan dünyası vardı, silahla təminatları vardı. Lakin bizi orduya aparmayan müstəmləkəçiləri silahı bizə yox onlara verirdilər. Amma bilirik ki, bu iyrənclikləri edən ermənilər millət deyil, bir terror təşkilatdır və qarşılarına məqsəd qoyublar ki, türkü qırsınlar. Onlar təkcə bizə qarşı belə anamal siyasət aparmırlar ki?! Dünyada yaxşı nə varsa, öz adlarına çıxırlar. Onlara əsrlərlə belə bir yanlış təsəvvür təlqin ediblər ki, dünyada bunlardan yaxşısı, istedadlısı yoxdur. Ermənilər bu xəstəliklə doğulublar və həmin xəstəliklə də bu dünyadan köçürlər. Adamları, xüsusən də müsəlmanları, türkləri amansızlıqla qətlə yetirir, buna haqlı olduqlarını  bildirirlər. Təəssüf ki, belə faşist xislətli bir topluma qonşuluqda yaşamağa məhkumuq. Bu, bizim seçim deyil. Taleyimiz belə gətirib. Bu elə bir qonşuluqdur ki, ömür boyu ağacımız əlimizdə, barmağımız tətikdə olmalıdır. Məşhur atalar sözündə deyildiyi kimi.

Lakin bu qırğınların ən dəhşətliləri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Quba, Şamaxı, Salyan, Şuşa, Naxçıvan və İrəvan quberniya və qəzalarında baş verən hadisələr idi. Bolşevik ruslara arxalanan ”özü bolşevik, ürəyi daşnak olan”  şaumyanlar başçılıq etdiyi  “erməni sovet hökuməti”  Bakı Xalq Komissarlar Soveti və onların silahlı hərbi qüvvələri hələ dövlət qurmayan, ordusu olmayan xalqımıza qarşı martın 30-dan dəhşətli soyqırımına başladılar.

Bakıda 3 gün davam edən bu qırğınlarda 12 min türk-müsəlman əhali qətlə yetirildi. Şəhərə maddi və mənəvi zərərlər vuruldu. ”Kaspi” mətbəəsi dağıdıldı, “Açıq söz” qəzetinin redaksiyası məhv edildi, “İsmailiyyə” xeyriyyə binası yandırıldı, məscidlərimiz məhv edildi. Məqsəd azərbaycanlı əhalinin Bakıda sayını azaltmaq, onların müstəqilliyə olan inamlarını sarsıtmaq, Bakının bolşeviklərin rəhbəri B.İ.Leninin göstərişi ilə Sovet rusiyasına birləşdirmək idi.

Şamaxı qəzasında 16 min, Quba qəzasında 20 mindən çox insan qətlə yetirildi. Qubada aşkar edilən kütləvi məzarlıq bunu sübut edir. Həmin qırğınlar vaxtı rayonumuzun ərazisində yaşayan “çörəyimizi yeyib, duzumuzu oğurlayan” şərəfsiz erməni daşnakları yerli əhaliyə də çox böyük zərər vurmuş, kütləvi qırğınlartörətmişdir. Ən çox qırğınlara məruz qalan  İsmayıllı kəndi, Mican, Quşencə, Cülyan, Talıstan, Diyallı, Tircan, Bizlan və s. kəndlər olmuşdur.

Qadın, uşaq, qoca, cavan məhv edilmiş, onlara qarşı amansızlıqlar törədilmişdir. Lakin Arsen Əmiryanın bolşevik-daşnak hərbi birləşmələri qədim Lahic kəndinə girə bilməmişdilər. Yerli sənətkarların düzəltdikləri “zan büro” topları ilə keçilməz dar, dağ yollarını qoruyan igidlərimiz onları kəndə buraxmamışlar. Osmanlı qoşunlarının Nuru Paşanın başçılığı ilə köməyə gəlməsi və Şaumyanın bolşevik-daşnak qüvvələrinin  Göyçay döyüşlərində məğlub etməsi, İsmayıllı camaatını da böyük fəlakətlərdən xilas etdi.

Zaman-zaman mənfur ermənilər torpaqlarımızı işğal edə-edə himayədarlarına arxayınlaşaraq özlərinə heç vaxt olmayan dövlət yaratmış, (Qərbi Azərbaycan torpaqlarında) bu soyqırımlarını əllərinə fürsət düşən kimi davam etdirmişlər. XX əsrdə ən axırıncı, dəhşətli hadisələr əsrin sonlarında himayədarları sonuncu SSRİ rəhbəri, azərbaycanlıların qəti düşməni M.Qorbaçovun dəstəyi ilə Ermənistan SSR adlanan ərazidəki sonuncu azərbaycanlıları qovub çıxaranda, DQMV-nin Ermənistana birləşdirmək planlarını həyata keçirmək istəyəndə baş verdi.

1988-2020-ci illər ərzində Qarabağ bölgəsini işğal edən erməni-sovet-rus hərbi birləşmələri olmazın vəhşiliklər, insanlığa sığmayan hərəkətlər etdilər. Xocalı, Malıbəyli, Quşçular, Kərkicahan soyqırımları buna misaldır. İşğal altında qalan torpaqlarımızın talan edilməsi, yurd yerlərinin dağıdılması, sərvətlərimizin qarət edilməsi onların faşist xislətli olduqlarını bir daha göstərdi.

Lakin ulu öndərimiz, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 26 mart 1998-ci ildə verdiyi sərəncamla, 1918-ci il mart soyqırımında və 80 il ərzində məhv edilən azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Tökülən qanlar yerdə qalmadı. Erməni haylarına və onların dayaqlarına zərbə vuran, diplomatik gedişlə hərəkət edən Prezidentimiz cənab İlham Əliyev 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində XXI əsrin əsl möcüzəsini göstərərək qəhrəman oğullarımız və bizi sevənlərin mənəvi dəstəyi ilə hayları yerində oturtdu, bütün dünyaya sübut  etdi ki, Azərbaycan xalqı həqiqətən igid, məğlubedilməz,  qəhrəmandır. Biz doğrudan da Cavanşirlər, Babəklər, Koroğlular Həzilər, Mübarizlər nəsliyik. Son 200 ildə ruslar farslar, haylar tərəfindən işğal olunmuş torpaqlarımızdan bir hissəsini – Qarabağ torpağını, onun baş tacı olan dağlar gözəli Şuşamızı igidlərimiz, qəhrəman oğullarımız, şəhid və qazilərimizin qanı bahasına azad etdi və dünyaya sübut etdi ki, biz hər bir qəhrəmanlığa, qələbəyə layiq bir ölkəyik.

Məğrur, qəhrəman xalqın azadlığı yolunda, qələbəmizin müjdəçisi olan 2016-ci il 2-5 aprel döyüşlərində, cəbhə bölgələrində döyüşlərdə,Vətən müharibəsinin qığılcımı olan Tovuz döyüşlərində, 44 günkük Zəfər döyüşlərindı şəhid olan bütün oğul və qızlarımızın qarşısında baş əyirik, onlara bu Qələbəyə görə minnətdarıq.

Bu döyüşlərdə öz igidlikləri ilə bizə şərəf gətirən şəhidləri qürurla anırıq. Onların hünərləri hesabına biz Qalib xalqıq! İnşallah, itirilmiş torpaqlarımızı geri alib, babamız İsmayılın bizə miras qoyduğu bütöv, vahid Azərbaycanı görəcəyik!

“Qarabağ Azərbaycandır!”

Tökülən qanlar yerdə qalmayacaq!

Beş min illik dövlətçilik tarixi olan Azərbaycan dövləti daha böyük zəfərlərə layiqdir!

Aybəniz Əsədova,

N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin tarix müəllimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir