İsmayıllı rayonunun İvanovka kəndində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, İvanovka, Hacıhətəmli, Mollaisaqlı kəndlərinin sakinləri, ziyalılar, məktəblilər iştirak edib.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda multikulturalizmin dərin kökləri var. Ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin xidmətləri çoxşaxəlidir.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyev öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla davam etdirir. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir.
Qeyd olunub ki, İsmayıllıda yaşayan milli azlıqların nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayır.
İvanovka kənd tam orta məktəbinin şagirlərinin Ulu öndərə həsr etdikləri kompozisiya ilə tədbir davam edib.