Hörmətli həmvətənlər!

Sizləri Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Novruz bayramı Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın milli-adət ənənələrinə diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində milli bayramımız olan Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Novruz bayramı bütün bölgələrdə, eyni zamanda doğma Azərbaycanımızın bir parçası olan İsmayıllıda da yüksək səviyyədə qeyd olunur.

Əziz həmvətənlər!

Müstəqil Azərbaycanımızın davamlı inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən böyük layihələr, bunların nəticəsi olaraq ölkəmizin dünyanın ən stabil ölkələri sırasında yer tutması, iqtisadi inkişaf göstəricilərinə görə regionda lider dövlətə çevrilməsi xalqımızda qanuni iftixar hissi doğurur. Novruz həm də həmrəylik bayramıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, müstəqilliyimizi, Azərbaycanın əbədi baharını qoruyub saxlayaq.

Torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm.

Novruz bayramınız mübarək olsun!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir