İçində yeni cücərən hisslərdən maya tutub, gözlərinin önündə hər gün bir az böyütdüyün, cücərib mayalanan o hisslər getdikcə tilsimini qırır. Kimsələrinsə eşidib, bilmədiyi bir sirrə dönür həyatda, elə bir möcüzəyə çevrilir ki, artıq o möcüzənin cücərib, mayalanıb böyüyə-böyüyə, məhəbbətə çevrildiyini görürsən.
Harda maya tutmuş, harda yaranmış,
Onunla ba
ğlıdır, bütün yaranış.
Sanki, min tilsimd
ən, sirdən yaranmış,
H
əyatda möcüzə, sirdir məhəbbət.
Adəmdən, Həvvadan,  üzü bəri yol alıb, yadigar qalan, oduna çoxlarını yandırıb, külə döndərən, səhraları axtarıb, gəzən Məcnun məhəbbətin odunu belə gözə aldı. Gecə-gündüz yandı, qovruldu. Səhrada qaldı. Gecənin zil qaranlığını yorğan tək üstünə örtdü. Nə soyuqlar onu qorxuda bildi, nə başqa bir şey. Kərəm Əslisinə yandı. Fərhad Şirin üçün dağlar çapdı, baş yardı, günü-gündən əridi, muma döndü. Sağalmaz bir yaraya, çəkilməz bir dərdə çevrildi məhəbbət.
Yusif Züleyxasız qaldı quyuda,
Kafir
ə qul oldu, o Şeyx Sənan da.
Çoxları uduzdu, eşq oyununda,
Oyunlar i
çində, birdir məhəbbət.
Züleyxası üçün quyuda qalan Yusif, yarasına duz basdı göynədi. Eşq dediyimiz bu oyunda uduzan da çox oldu, udan da. Sən o cücərtini böyüdürsən, amma bu oyunun qaydalarını yazını yazan yazır. Sən sadəcə bu oyunun qaydalarına uyursan, udsan da, uduzsan da budur. Məcnun Leylisinə yanmasaydı, Fərhad dağları aşmasaydı Yusif Züleyxası üçün quyuda qalmasaydı. Kərəm Əslisini axtarmasaydı, məhəbbət olmazdı.
PS. Buynuzda yaşayıb yaradan, qocalığın zirvəsindən bu günümüzə boylanan (Əvəz Küskün) “Payız çiçəyini” göyərdib, böyüdüb çap elətdirdi, şeirlərini gün işığına çıxartdı.
Musa Yaqubun ön sözüylə açılan kitab beş bölməyə ayrılıb. “Ay işıqlı dünya, yaraşıqlı dünya”,  “Bu məhəbbət hardan gəldi, bilmədim”,  “Dostlarım mənim, təsəllim mənim”,   “Şeh damcısı”,  “Sevdalı ünvan qalacaq”. Bu bölmələrdə şairin müxtəlif illərdə qələmə aldığı şeirləri cəmlənib. Məhəbbət, təbiət, qəzəllər, ithaf şeirləri. Əlbəttə, şairin bir çox şeirlərindən sitatlar gətirmək olardı bu yazıda. Amma buna ehtiyac duymuram. Sonda sözümü Musa Yaqubun bu kitaba yazdığı “Ön söz”dən bir fikirlə bitirirəm. “Mən istərdim ki, mən xoşlamışam, bu geyim, bu deyim oxucuların da xoşuna gəlsin. Ürəkləri ehtizaza gətirə bilsin, könül oxşasın.
Alik Dənizsevər

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir