İsmayıllı rayonunun Talıstan kəndindən olan şəhid baş leytenant Cavidan Bədəlovun ad günü məzarı yanında qeyd olunub.

Mərasimdə RİH-in məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edib.

Əvvəlcə şəhidin Talıstan kənd qəbiristanlığındakı məzarını ziyarət olunub. Şəhidin məzar üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunulub. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb, onların şərəfli döyüş yolundan, heç zaman unudulmayacaqlarından danışıblar.

Cavidan Bədəlov 2022-ci il sentyabrın 12-də ermənilər tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Məlumat üçün qeyd edək ki, 2013-2017-ci illərdə ali hərbi təhsil alan şəhidimiz, 2017-ci ildən etibarən ordu sıralarında leytenant rütbəsi alaraq zabit kimi xidmət etməyə başlayıb. Daha sonra baş leytenant rütbəsi alıb. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı , Vətən müharibəsindən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, ölümündən sonra isə “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir