İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin bir qrup əməkdaşı fevral və mart ayları ərzində Respublikamızın Ağsu, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Şamaxı, Qobustan həmçinin İsmayıllı rayonlarında və kəndlərində yerləşən orta ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimləri və yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.

Görüşün əsas məqsədi ümumtəhsil məktəbləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması və kollecdə tədris olunan ixtisaslar haqqında şagirdlərin məlumatlandırılması olub.

Görüşlərdə kollecin əməkdaşları Ç.Aslanov, E.Ağayev, M.Ağayev, B.Xudiyev, V.Bədəlova, S.Abdullayev, G.Muradova, V.Qasımova, R.Xəlilli, E.Həsənov, A.Məmmədova, A.Salehzadə çıxış edərək mövcud və nəzərdə tutulan ixtisaslar, kollec məzunlarının hazırda ali təhsil müəssisələrində müsabiqədən kənar təhsil almaları və təhsildə uğurları, işləyən məzunların karyeralarında bilik və bacarıqlarına görə fərqləndikləri barədə ətraflı məlumat veriblər.

Görüşün sonunda tərəfləri maraqlandıran suallar cavablandırılıb.

E.Ağayev

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir